Bağırsaq qripi

Bağırsaq qripiBağırsaq qripi infeksion xəstəlikdir. Bu xəstəliyi rotavirus törədir.
Saglamolun.az xəbər verir ki, xəstəlik zamanı əsasən mədə-bağırsaq sistemi zədələnir və bu səbəbdən xəstəlik məhz "bağırsaq qripi" adlandırılır.
Bağırsaq qripi istənilən yaşda təsadüf edilir. Xüsusilə bu xəstəlik uşaqlarda və immun sistemi zəif olan insanlarda tez-tez inkişaf edir. Bağırsaq qripi "çirkli əllər xəstəliyi" də adlandırırlar. Uşaqlarda barmaqları, oyuncaqları və s. kiçik əşyaları aqıza salmaq, sormaq və s. kimi vərdişlər yayılmaqdadır. Məhz bu da bir çox hallarda yoluxmaya  səbəb olur.
Orqanizmə düşdükdə virus mədə-bağırsaq sisteminin, xüsusilə nazik bağırsağın, selikli qişasının hüceyrələrinə daxil olur. Bunun nəticəsində bağırsaqların daxilii səthini örtən tükcüklər məhv olur. Bu tükcüklər qidanın həzmində və sorulmasında böyük rol oynayır. Bu proses pozulduqda qida normal həzm olunmur və sorulmur ki, nəticədə güclü ishal inkişaf edir. Bağırsaq qripi zamanı nəcis sulu, köpüklü, sarı və ya yaşılaçalar olur.
Kiçik yaşlı uşaqlar üçün bağırsaq qripi çox təhlükəli ola bilər. Bağırsaq qripi zamanı xəstədə güclü ishal və qusma inkişaf edir ki, nəticədə orqanizmdə güclü susuzlaşma yarana bilər. Susuzlaşma kiçik yaşlı uşağın sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən xəstəliyin ilk simptomlarında mütləq Həkimə müraciət etmək lazımdır.
Bağırsaq qripin simptomları:
- hərarətin yüksəlməsi
- qusma və ishal
- qarında tutmaşəkilli ağrılar
- iştahanın azlması
- öskürək, zökəm
- zəiflik, halsızlıq, baş ağrıları (intoksikasiya səbəbindən).
Xəstəliyin kəskin dövrü 7 gün davam edir. Xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.Həkim dəqiq diaqnoz təyin edəcək.
Xəstəliyin xüsusi müalicəsi yoxdur. Müalicə simptomatik xarakter daşıyır - hərarətsalan preparatlar, orqanizmin su-duz balansını bərpa edən preparatlar (reqidron və s.), sorbent preparatları (smekta, kömür və s.), probiotiklər. Müalicə zamanı antibiotiklərdən istifadə olunmur.
Qusma və ishal orqanizmin tez susuzlaşmasına səbəb olur. Bu isə çox təhlükəlidir, xüsusilə uşaqlar üçün. Kəskin susuzlaşma zamanı xəstə mayedən imtina edir, sidik ifraz etmir, onun dərisi çox quru, selikli qişalar isə çox qırmızı olur, xəstə halsız, zəif olur.
Kəskin susuzlaşma ağır pozulmalara, hətta ölümə səbəb ola bilər. Bu səbəbdən bağırsaq qripi zamanı orqanizmin su-duz balansını bərpa etmək çox vacibdir. Adi su və ya digər maye bu balansı bərpa etmir və xəstə hətta çoxlu maye içdikdə susuzlaşmanın inkişafı davam edir. Adi maye ilə yanaşı mütləq xüsusi su-duz balansını bərpa edən preparatlar lazımdır (reqidron və s.). Reqidronun 1 paketi 1 l suda həll olunur və hər qusma və ya ishal epizodundan sonra bir neçə qurtum içilir. Birdən çoxlu içmək olmaz - bu qusmaya səbəb ola bilər.
Uşaqlarda xəstəliyin ağır formalarında müalicə xəstəxana şəraitində aparıla bilər.
Pəhriz bağırsaq qripi zamanı müalicəvi rol oynayır. Bağırsaq qripi zamanı bu kimi qidaların qəbulu tövsiyə olunur: düyü həlimi, duru yulaf yarması sıyığı, kisel, bişmiş yaşıl alma, suxari. Xəstəliyin simptomları azaldıqca pəhrizə digər qidaları daxil etmək olar. Lakin müəyyən müddət ərzində yağlı, qızardılmış, ədviyyatlı, hisə verilmiş qidaları qəbul etmək olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 980   Tarix: 05 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

.

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiy

.

Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA

Sağlam hamiləliyə hazırlıq uzun illərdir əsasən qadının məsuliyyəti kimi qəbul olunur. Hamilə qalmağa hazırlaşan qadınlara spirtli içkilərdən imtina etmək, bəzi qidalardan uzaq durmaq və həyat tərzlərini dəyişmək tövsiy

.

D vitamininin ziyanı üzə çıxdı

"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər". -a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya v

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

.

Təmizləyici su filtrlərinin gizli fəsadları varmış

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". -a istinadən xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavin

.

Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept

süfrələrinizə təravət və rəng qatacaq, müxtəlif ədviyyatlarla zənginləşdirilmiş 5 asan və fərqli cəfəri suyu reseptini təqdim edir. Limonlu cəfəri suyu: Limonun canlandırıcı təsiri ilə cəfərinin xarakterik dadını balanslaşdıra

.

Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz

Mütəmadi çərəz istehlakının ürək sağlığından koqnitiv funksiyalara qədər geniş bir sahədə müsbət təsirləri olduğu elmi faktlarla sübut edilib. Bəs ən faydalı çərəz hansıdır?.  xəbər verir ki, çərəzlərdoymamış yağlar, bitk

.

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır. xəbər veri

turlar.az

qadin dunyasi toy makiyajlari qadın geyimi yay donları 2026 boyuk qadin dosleri burcler 2026 kofe maskasi kosmetika aysel cinsi əlaqə kahfe falı bedii edebiyyat sevgi