Bahar katarı xəstəliyinin yaranma səbəbi və müalicəsi

Bahar katarı xəstəliyinin yaranma səbəbi və müalicəsiBahar katarı mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, əsasən yaz aylarında başlayır və payıza qədər davam edir. 3-6 yaşlarında başlanan şikayətlər 20 yaşa qədər artıq aradan qalxır. Nadir hallarda 20 yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olanlarda daha çox rast gəlinir.
Milli.Az bildirir ki, həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bu barədə AZƏRTAC-a məlumat verərək deyib: "Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivitin iltihabi reaksiyasıdır. Onun kliniki formalarından pollinoz, "bahar katarı", dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır. Atopik keratokonyunktivit isə əsasən atopik dermatit, bronxial astma və allergik rinit şikayətləri olanlarda rast gəlinir. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə müşahidə olunur.
Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə "yad cisim" hissi, işığa həssaslıq və hətta göz qapaqlarında spazm əlavə olunur. Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivitində, daha doğrusu, konyuktiva ilə buynuz qişanın sərhəddi ətrafında follikullar və papillalar inkişaf edir. Yan-yana düzülmüş həmin follikullar çay daşlarını xatırladır. Hipertrofiya, yəni qalınlaşmış papillalar qapağın cüzi sallanmasına səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin 50 faizində buynuz qişa zədələnir və bu zaman onların şikayətlərinə batma, sulanma, işığa həssaslıq, gözdə "yad cisim" hissi və ağrı əlavə olunur".
Həkim-oftalmoloqun dediyinə görə, yüngül klinika ilə keçən hallarda gözə soyuq islatma, günəşdən qorunma və simptomatik müalicə kifayət edir: "Həmin tədbirlər kömək etmədikdə xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar həmin qrupdan olan preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə həmin xroniki xəstəlikdən əziyyət çəkənlər hər il yazdan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1754   Tarix: 23 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

kosmetik vasiteler reseptler yay geyimləri 2026 kısa saç hörükləri sepkilere qarsi mualice ailə hamiləlik içkilər kosmetika bürclər toy gecesi turpun nağlı kokelmek zehmet ve zinet