Bakcell abunəçiləri səfərdə olarkən dünyanın 28 ölkəsində hər meqabayt üçün cəmi 1 qəpik ödəyirlər

Bakcell abunəçiləri səfərdə olarkən dünyanın 28 ölkəsində hər meqabayt üçün cəmi 1 qəpik ödəyirlərAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti xarici

ölkələrə səfər edən abunəçilərinə rouminqdə olarkən internetə ən sərfəli şərtlərlə çıxışı təmin

etmək üçün dünyanın daha 7 aparıcı telekommunikasiya operatoru ilə yeni razılaşmalar

imzalayıb.

Şirkət abunəçilərinin hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə

etmək imkanına malik olduğu ölkələrin siyahısını genişləndirməkdədir. Bu ilin yanvar ayından

etibarən, Gürcüstan, Ukrayna, İsrail, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi bir

neçə yeni istiqamətlərə səfər edən Bakcell abunəçiləri rouminqdə olduqca sərfəli olan data

xidmətlərindən faydalanmağa başlayıblar. Hal-hazırda, Bakcell abunəçiləri dünyanın 28 ölkəsində

bu təklifdən faydalanmaq imkanına malikdirlər (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran,

Böyük Britaniya, Almaniya, ABŞ, BƏƏ, Çexiya Respublikası, İtaliya, Niderland, Macarıstan,

İspaniya, Qazaxıstan, İsrail, Yunanıstan, Portuqaliya, Rumıniya, İrlandiya, Malta, Özbəkistan,

Misir, Yeni Zelandiya, Qırğızıstan, Tacikistan, Albaniya, Cənubi Afrika).

Bu razılaşmalar sayəsində yuxarıda sadalanan ölkələrdən hər hansı birinə səfər edən Bakcell

abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək

imkanına malik olacaqlar. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES

yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Qeyd etmək lazımdır ki, səfərdə olan Bakcell abunəçiləri "Bakcell Roaming" mobil tətbiqindən

istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet

qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə,

eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər

bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. "Bakcell Roaming" mobil

tətbiqi haqqında daha ətraflı məlumat üçün keçid:http://www.bakcell.com/az/bakcell-rouminq-

ap

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil

kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı

adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni

(işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz

Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet

xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla

əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,

www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün

www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında

məlumat əldə edə bilərlər.

Xəbərlər     Baxılıb: 1719   Tarix: 27 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

gozel gorunmek toy makiyaji sekilleri kosmetika mehsullari maraqli hind filmleri gənc qalmağın sirləri gəncə xəbərləri elm haqqinda atalar sozu kosmetika oğlaq badambura burcler haqqinda hakisdalar burclerin uygunlugu