Bakı avtobuslarının qəribə sərnişinləri (FOTO)
"Həyat dəyişir, inkişaf edir, ancaq təəssüf ki, bəzi sərnişinlər illərdən bəri formalaşmış vərdişlərini tərgidə bilmir".
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Bakubus" MMC-nin mətbuat katibi Mənsur Priyev sərnişinlərin ictimai nəqliyyatdakı fəaliyyətini şərh edən zaman bildirib. O, əlavə edib ki, bəzən avtobusa daxil olan sərnişin heç bir məsuliyyət hiss etmək istəmir:
"Eyni zamanda avtobusun salonunu çirkləndirən, məişət tullantılarını, ərzaq qalıqlarını avtobusa ataraq antisanitar vəziyyət yaradan, oturacaqları zədələyən, yazan nə qədər sərnişinlərimiz də var. Bütün bunlar diqqətə alınmalı və cəmiyyətdə sərnişin məsuliyyəti anlayışı formalaşmalıdır. Bu cür sərnişinlərə qarşı digər vətəndaşlar ictimai mübarizə aparmalıdır. Xüsusilə, intervallarla bağlı daxil olan şikayətlər araşdırıldıqda görürük ki, sərnişinlərin də rolu böyükdür. Müşahidələr göstərir ki, əsasən səhər saatlarında işə, axşam isə evə tələsən sərnişinlər ödəniş kartlarının oxudulması qaydasına yetərincə əməl etmirlər.
İctimai nəqliyyatda hər birimiz iştirakçıyıq. Ona görə də, illərdən bəri yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, streotipləri birlikdə qırmalıyıq".
Mətbuat katibi paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında çəkilmiş bir neçə fotonu da sosial şəbəkədə paylaşaraq bu kimi halların yolverilməz olduğunu qeyd edib.












İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq