Bakı metrosunda bunları etməyin - 10 manat cəriməsi var

Hər gün Bakı metrosundan 1 milyondan çox insan istifadə edir. Metronun 25 stansiyasının olduğunu nəzərə alsaq, stansiyalar üzrə hərəkət edən sərnişinlərin əksəriyyətinin sudan, saqqızdan, müxtəlif qidalardan istifadə edərək antisanitariya qaydalarını pozmasının şahidi olmamaq mümkün deyil. Xüsusilə də, yay aylarında suya tələbat artdığından, suyu içdikdən sonra qabları oturacaqların üzərinə atılır.

Metbuat.az bildirir ki, oturacaqlarda, yerdə salfet, kontur kartları xoşagəlməz mənzərə yaradır. Tutacaqlara yapışdırılan saqqızlara görə isə adam ordan tutmaqdansa yıxılmağa üstünlük verir. Hələ burunları ilə oynayanların qatarda yaratdığı antisanitariya vəziyyəti lap ürək bulandırır.

Qatarlara zibil qablarının yerləşdirilməməsi özü də problemdən çıxmağa yardım etmir.

Qeyd edək ki, metronun vestibül və platformalarında zibil qablarının olmaması Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarına əsasən qadağan olunub. Bu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirilir. Belə ki, terrorçular partlayıcını əsasən onun içərisinə yerləşdirir.

Dəfələrlə bir çox sərnişinin kartyükləmə aparatlarından çıxan çekləri elə oradaca yerə atıb getməsinə şahid olmuşuq. Halbuki, həmin aparatların yanında karton qutular da qoyulur.

Böyük bir ərazinin təmizliyi üçün yalnız metronun giriş-çıxışında bir zibil qabının nəzərdə tutulması da əlavə problemlərə yol açır.

Qadağanı pozanlara isə 10 manat cərimə olunur

"Bakı Metropolitenindən istifadə qaydaları"nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüll, keçid və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək, 5.1.19. bəndinə əsasən, yollara hər hansı əşya atmaq qadağandır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mövcud vəziyyətdən danışıb:

"Kimsə metronu müxtəlif tullantılarla çirkləndirirsə, bu birbaşa onun mədəniyyət göstəricisidir. Vaqon və stansiyalar mütəmadi şəkildə təmizlənir. Lakin insanlara nəzarət etmək mümkün deyil. Metrodan istifadə edənlər sanitariya qaydalarına riayət etməlidir. Qatar xəttdən çıxarkən, depoya gedən zaman gün ərzində 1-2 dəfə yuyularaq təmizlənir. Təmiz olmayan qatar xəttə buraxılmır. Onların çirkləndirilməsi də məhz xəttə buraxılarkən baş verir. Qaydaları pozanları 10 manat civarında cərimə gözləyir. Cərimələr metroda fəaliyyət göstərən polis əməkdaşları tərəfindən tətbiq edilir".
Bakı metrosunda bunları etməyin - 10 manat cəriməsi varBakı metrosunda bunları etməyin - 10 manat cəriməsi var

Xəbərlər     Baxılıb: 1985   Tarix: 13 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

adlarin menasi geyim seçimi qadın geyimi yuxusuzluq veten haqqinda insa saclarin yigilmasi doğuş kosmetika oğlan evine aid hakisda tanisliq badambura baldiz novruz hakistalari