Bakı metrosunda OLAY: ANS-in aparıcısını döyüb... - FOTO

Bakı metrosunda OLAY: ANS-in aparıcısını döyüb... - FOTOANS TV-nin keçmiş aparıcısı Cavid Osmanovun başına iş gəlib.

Xanim.az xəbər verir ki, problemini vətəndaşlarla həll edə bilməyən aparıcı işə polisi qarışdırmalı olub. Baş verən hadisəni C.Osmanovun öz dilindən təqdim edirik:

""Neftçilər" metrosu. Səhər tezdən. İşə gecikirəm. Adətən, səhərlər özümə kofe bişirirəm, amma gecikəndə McDonald`s-dan özümə kofe alıb düşürəm metroya. Gecə pis yatmışdım, işıq gözlərimi qamaşdırırdı. Eynəyi gözlərimdən çıxarmamaq qərarına gəldim.

Qaçaraq yaxınlaşıram turniketə. Metro kartı boşdu (Mörfi qanunu). Qaçıram geriyə, balans doldurma apartına doğru. Orada xaotik şəkildə insanlar dayanıb. Mənim növbəm gəldi. Aparatın qabağında durmuşam. Kofe stəkanımı aparatın yuxarısına qoyuram, pul kisəsini çibimdən çıxarıram və... bu an, soldan bir nəfər mənim əlimi itələyir və öz kartını aparata yerləşdirməyə cəhd edir. Əlindən tutaraq mən:

- Üzr istəyirəm, burda növbə var və indi mənim növbəmdir.
- Əşşi, gecikirəm. Nəyə durmusan boş-boş, keç dəəə!!
- Bəy, belə olmaz axı, - çox yaxşı geyinmiş, əla ətirdən istifadə edən, ağ köynəkli və qara pencəkli şəxs çox yüksək və alçaldıcı tonda mənə söhbəti davam elədi.
- Çobanlıq eləmə!!! Sözün var? - bunu deyən naməlum, təqribən 40 yaşlı yoldaş əlimi möhkəm sıxdı!

Qəlbimdə yatan qazaxlı istəmədən oyandı. Mən:
- Siz və sizin kimi insanlara izah etmək istəyirəm ki, heç də hər şey sizin diktənizlə getmir.
Bizim söhbətimiz balaca uşaqların bir oyuncağa görə olan davaya bənzəyirdi. Naməlum şəxs mənimlə əl-qolla danışmağa davam etdikcə mən birdən rahatlaşdım. Başa düşdüm ki, mən onun səviyyəsinə enməkdə davam edirəm və o səviyyədə onun təcrübəsi məndən çoxdu. Niyə öz əsəblərimi korlayıram, niyə, ümumiyyətlə, bu hadisə mənimlə baş verir?! Ətrafımıza insanlar toplaşmağa davam edirdi. Mən polis çağırdım. Naməlum adam:
- Niyə polis çağırırsan?!
- Çünki sizə öz fikrimi izah etməyə çalışdım və alınmadı.
Polis bizi xüsusi otağa apardı. Otaqda məlum oldu ki, naməlum şəxsin adı Ruslandı. O polis əməkdaşı ilə də yüksək və özünə arxayın tonda danışmağa davam edirdi. Mənə nəsə demək istəyəndə mən, sadəcə, polisə Ruslanın mənimlə necə danışdığını göstərirdim və deyirdim ki, adam məni emosiyalara çıxarmaq istəyir.

Ruslan bir daha məndən soruşdu ki, niyə polis çağırmısan. "Çünki, sizin kimi insanlar özünü tamamilə cəzasız hiss etmələri, həyasızlığına salıb insanlarla kobud danışmaqları, onlara hər şeyin icazəli olduğunun sandıqları, heç kimə hörmət etməmələri və öz əsəblərimi qoruduğuma görə polisə müraciət etmişəm, dedim. Ruslan bunu eşitdi və otaqdan çıxmaq isdədi. Polis onu saxladı və məndən soruşdu ki, nə edək indi?

- Ruslan bəy məndən üzr istəsin, əlimi sıxsın və gedək işimizə-gücümüzə.
Ruslan məndən üzr istədi, lakin bildirdi ki, biz mütləq görüşəcəyik.
Nəticə: əsəblərimi korlamayacam, təxribatlara getməyəcəm, yarana biləcək problemləri yalnız hüquqi şəkildə həl etməyə çalışacam".
BiG.AZ

Xəbərlər     Baxılıb: 1824   Tarix: 27 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sac duzumleri geyim necə seçməli maskalar masaj edirem hamiləlik və doğuş qadın aksesuarları atalar sozleri ve meseller kosmetika qiz evi hakışda atalar sözləri hakisda novruz bayramına aid hakıştalar