Bakı metrosundan istifadə edənlərin DİQQƏTİNƏ...

Bakı metrosundan istifadə edənlərin DİQQƏTİNƏ...2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək olan tarixi əhatə edəcək. Artıq Bakıda Oyunların keçirilməsi ilə bağlı işlərə start verilib. Avropa Oyunlarında olduğu kimi İslam Həmrəylik Oyunlarında da əhalinin böyük əksəriyyəti, şəhərimizə gələn qonaqların ictimai nəqliyyatdan, xüsusən də metrodan istifadəyə üstünlük verəcəyi gözlənilir.
Xanim.az-in məıumatına görə, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, Bakı Metropoliteni IV İslam Həmrəylik Oyunları ilə bağlı xüsusi plan hazırlayıb.

Qurum rəsmisi bildirib ki, Avropa Oyunlarında qazanılan təcrübəyə əsaslanaraq işlərinin öhdəsindən uğurla gələcəklər və bununla bağlı qətiyyən narahat olmağa dəyməz: "Avropa Oyunlarına yollanan tamaşaçıların daşınmasının 70 faizi metropolitenin üzərinə düşmüşdü.

Eyni zamanda IV İslam Həmrəylik Oyunlarına da çox ciddi hazırlaşmışıq. Oyunlar müddətində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyik".

N.Paşayevin sözlərinə görə, plan aşağıdakı kimidir:

"Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-dək fəaliyyət göstərəcək. Adi idman günlərində də metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Amma sərnişin axını çox olarsa, bu qrafik artırıla da bilər.

Eyni zamanda, metropoliten ərazisində görülən təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Təbii ki, həmin gün Milli Olimpiya Stadionunda keçirilən tədbirdə iştirak etmək istəyən metropolitenin sərnişinləri "Koroğlu" stansiyasından buraxılacaq. Bu məsələ təşkilatçılar tərəfindən nəzərə alınıb və müvafiq qurumlarla birgə tənzimlənəcək. Sözü gedən stansiyanın yaxınlığında qərərgah yaradılacaq. Orada bütün lazımi texniki avadanlıqlar hazır vəziyyətdə saxlanılacaq. Eyni zamanda, tibbi yardım göstərilməsi üçün məntəqə yaradılacaq.

Avropa Oyunlarından fərqli olaraq IV İslam Həmrəylik Oyunlarında Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzindən də istifadə olunacaq. Bu mərkəz metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında yerləşir. Həmin stansiyanın hər iki keçidi Oyunlara kimi təmir olunub sərnişinlərin ixtiyarına veriləcək, lazimi istiqamətverici lövhələr quraşdırılacaq.

Həmçinin "Koroğlu", "Gənclik", "Sahil" stansiyasında sərnişin axını və kütləviliyi nəzərə alaraq turniketlərin də sayı artırılır. Hər birinə 5 ədəd əlavə turniket qurlaşıdırılıb. Yalnız "Xətai" stansiyasında 2 ədəd əlavə olunub.

Eyni zamanda xarici turistlərə bələdçilik, onların suallarını cavablandırmaq üçün hər bir şərait yaradılacaq. Xarici dil bilən əməkdaşlarımız da mərkəzi stansiyalarda turistlərə bələdçilik edəcəklər".

Xəbərlər     Baxılıb: 2207   Tarix: 08 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

turlar.az

geyim dəbləri adlarin menasi aksessuarlar morugun faydasi kelem tutmasinin hazirlanmasi xiyar tursusunun hazirlanmasi qaydasi allergiya kosmetika oxu az seksler aydin sani penis vetene aid atalar sozleri