Bakıda 4 oğlu həbsə düşən ananın ürəyi dözmədi: "Anamızı heç birimiz çiynimizdə apara bilmədik " – VİDEO - FOTO
ARB TV-nin "Rezonans" verilişində 3 dəfə həbsə düşən Elçin Əliyevin həyat hekayəsi yer alıb.
Elçin Əliyev (cəzası 7 il, ümumi 12 il) bildirir ki, 3-cü dəfədir ki, həbsə düşür: "4 qardaşıq, hamımız həbsdəyik. üçümüz burdayıq, bir qardaşım isə başqa yerdə cəza çəkir. 2003-cü ildə tutuldum, amnistiyaya düşdüm, sonra 2008-ci ildə bir daha tutuldum. 2009-cu ildə yenə əfv oldum. Yenə ümid edirəm ki, əfvə düşərəm. Gözləyirəm. 15 yaşım olanda evdən qaçdım. Qoşuldum avara uşaqlara. Ancaq küçələrdə qaldım. Oğurluq dalınca oğurluq etdim. Dükana girmişdim. Elə də dəyərli bir şey yox idi. 4-müz də həbsdəyik, yanımıza gəlib-gedən yoxdur. Anam idi təkcə. O da vəfat etdi. Aprelin əvvəli anam yanımıza gəlməli idi. Ayın axırı zəng elədim ki, evə görüm nə olub. Xəbər gəldi ki, anam ölüb. Anam bizim dərdimizdən öldü. Dərd çəkirdi. O şeyləri özümüzə bağışlaya bilmirik".
Elçin deyir ki, 4 qardaşın hamısı içərdədir: "Anamızı heç birimiz çiynimizdə apara bilmədik. Azadlığa çıxandan sonra ancaq işləyib, ailə qurub yaxşı yaşayacayıq. Bura qayıtmaq olmaz. Qeyri-rəsmi nikahda olduğum həyat yoldaşım da yanıma gəlib-getmir. İlk 5 il yanıma gəldi, amma son zamanlarda gəlmir. Əvvəllər həbsə düşənlərə, bu həyatı yaşayanlara heyrət edirdim. Sonra bədənimə, qollarıma döymələr etdirdim. Bir müddət sonra peşman oldum. Fikrləşdim ki, bu döymələri yandırım. Azadlığa çıxanda da avtobusda utanırdım. Camaat qısaqol köynək geyinəndə, mən uzunqol geyinirdim ki, görünməsin. Heç kimə buranı arzu etmirəm".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
Bütün mahnılarım tarixdə qalıb, 30 ildir oxuyurlar' - Rəqsanə
Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı