Bakıda 5 uşaq dünyaya gətirən qızın anası danışdı - " Axı... necə ola bilər?!"

Bakıda 5 uşaq dünyaya gətirən qızın anası danışdı - " Axı... necə ola bilər?!""Həkimlər uşaqların sağ qalmasını az ehtimal edirlər. Mən onları qınamıram. Axı 500 q-lıq uşağın yaşaması necə ola bilər?! Əgər o uşaqlar yaşasa, deməli, Avropa xəstəxanaları bu Mərkəzin yanında heç nədir. Düzdür, mən də sevinirəm ki, Azərbaycanda belə bir hadisə baş verib. Biz 6 ay idi ki, bunu biləndən gözləyirdik. Yəni uşaqlar 6 aylıqdır. Onun da ən çətin vaxtından, noyabrın 9-dan buradayıq. Uşaqlar cəmi 24 həftəlikdir. Uşaqlar heç olmasa 28 həftəlik olanda həkimlər onların 80 faiz yaşayacağını deyirlər. Ona görə də bizim uşaqların sağ qalmaq şansı çox azdır. Həkimlər neçə gündür yatmırlar. Onların haqqında pis danışmaq düzgün deyil. Həkimlər qızımı əməliyyatsız sağ-salamat qurtarıblar".

Bunu paytaxtda beşəm uşaq dünyaya gətirmiş Bakı şəhər sakini Aysel Əzimzadənin anası Tamam xanım deyib.

Onun sözlərinə görə, uşaqlar vaxtından çox tez doğulublar və çəkiləri də çox azdır: "Beşəm uşağın doğulması çox nadir hadisədir. Belə şeyə tez-tez rast gəlmək olmur. Biz noyabrın 9-dan buradayıq. Xəstəxananın baş həkimi bir dəqiqə də olsun, bizi diqqətdən kənarda qoymayıb. Bu dəqiqə uşaqların yanında idim. Şükür, sağlamdırlar. Həkimlər bizə elə bir şərait yaradıblar ki, biz bir həftədir ki, bir yerdəyik. İndi də uşaq anadan olan kimi hamısını küvezə qoydular. Onlar da Allahı köməyə çağırdı. Çünki uşaqlar çox balacadırlar. Ən böyüyü cəmi 500 qramdır. O birilər ondan da balacadır, 400 qram olanı da var".

Tamam xanım beşəm nəvələrinin olacağı xəbərini bildikdə özünün və qudasının hansı hisslər keçirdiyini belə xatırlayıb:

"Çoxdandır bilirdik ki, 5 uşaq olacaq. Amma beş uşağın doğulacağını biləndə nə ağladım, nə güldüm, nə sevindim, nə də kədərləndim. Əvvəlcə uşaqların o biri nənəsinə zəng elədim. Dedim, nəvə istəyirsənmi? Dedi, əlbəttə. Niyə istəmirəm ki?! Dedim, neçəsini? Dedi, necə yəni neçəsini? Birini. Dedim, yox. Dedi, neçədir? İki? Dedim, yox. Dedi, üç? Dedim, yox... Daha dalını gətirmədim. Sonra dedim ki, beş. Daha ondan sonra nənə telefonunu söndürdü, mənə heç bir cavab vermədi. Təbii ki, bu bir zarafatdır. O biri nənə də bizimlə bərabərdir".

Nənəsi qeyd edib ki, onlar uşaqlara hansı adların qoyulması barədə hələ fikirləşməyiblər: "Əgər sağ qalsalar, ən azından ikisini qurban olduqların Həsən və Hüseyn adını qoyacam. Amma onlar beş uşaqdır".

Xatırladaq ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində Respublika Perinatal Mərkəzində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Lakin doğuşdan qısa müddət sonra uşaqlar tələf olublar. Qeyd edək ki, uşaqların nənəsi Tamam xanım bu açıqlamanı verəndə uşaqların tələf olmasından xəbərsiz olub.//Milli.az

Maraqlı     Baxılıb: 2650   Tarix: 17 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

turlar.az

toy gecesi adlarin menasi sade makiyaj sekilleri qadini ehtiraslandiran sozler kecellesme süni qidalar 2026 yay paltarlari kosmetika cinsi əlaqə novruz bayramı haxışta xanim.az bayatı uzeyir