Bakıda məşhur neftçinin büstü açıldı - FOTO

Bakının Sabunçu rayonunda 67 saylı orta məktəbin ərazisində Nikolay Baybakovun büstünün açılışı olub.

Xanim.azTrend-ə istnadən xəbər verir ki, mərasimdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Murışev iştirak ediblər.

Qeyd edək ki, sovet dövlət xadimi, SSRİ-nin fəxri neftçisi Nikolay Konstantinoviç Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində anadan olub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun Neft-mədən fakültəsini "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə bitirərək Bakı şəhərinin neft mədənlərində işləyib.

Müxtəlif vəzifələrdə çalışan N.Baybakov 1955-ci ildə SSRİ Dövlət Plan Komitəsinin sədri, 1956-cı ildə RSFSR Nazirlər Şurası sədrinin birinci müavini olub.

N.Baybakov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. O, ölkənin XX əsr tarixinə böyük dövlət xadimi, neftçi, iqtisadçı mütəxəssis kimi daxil olub. Məşhur neftçi 200-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.

N.Baybakov Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatıdır. O, SSRİ EA-nın fəxri akademiki, fəxri titul və adların sahibidir. 6 dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı ordeni, Azərbaycanın "İstiqlal" ordeni ilə, həmçinin SSRİ-nin və xarici dövlətlərin bir çox medalları ilə təltif olunub.

31 mart 2008-ci ildə vəfat edib.
Bakıda məşhur neftçinin büstü açıldı - FOTOBakıda məşhur neftçinin büstü açıldı - FOTOBakıda məşhur neftçinin büstü açıldı - FOTO

Xəbərlər     Baxılıb: 1460   Tarix: 06 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma gozel gorunmek burcler kisiler qurd xəstəlikləri usaq oyuncaqlari müxtəlif kosmetika sekis namiq qaraçuxurlu şəkərbura kahfe kali veten haqqinda bayatilar