Bakıda ŞOK hadisə: Müəlliminin gözü qarşısında şagirdi ...
Bakının Suraxanı rayonu 146 nömrəli orta məktəbdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Xanim.az xəbər verir ki, orta məktəbdən Trend-ə verilən məlumata görə, hadisə aprelin 3-də məktəbin hərbi hazırlıq dərsi zamanı baş verib: "Hadisə hərbi hazırlıq müəllimi Ramiz Şahmurovun gözü qarşısında baş verib. 1989-cu il təvəllüdlü Nizami Kərimov orta məktəbə gəlib və məktəbin 10-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Rəşad Novruzovla mübahisə edib. Mübahisə R.Novruzovun sinif yoldaşı olan qız üstündə baş verib. Məktəbə gələn N.Kərimov həmin qızı sevirmiş. Qızın sinif yoldaşı R.Novruzovla mübahisə edən N.Kərimov sonda özü ilə gətirdiyi bıçaqla ona xəsarət yetirib. Nəticədə R.Novruzov bud nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib".
Hadisə nəticəsində xəsarət alan R.Novruzovun hazırda səhhəti normaldır və o aprelin 7-də xəstəxanadan evə buraxılıb.
Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən N. Kərimov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb. Hadisə ilə bağlı məktəbin rəhbər işçiləri və şahidlər dindirilib.
-----------
13:27
Bakıda məktəb şagirdi bıçaqlanıb.
Xanim.az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, N.İsmayılov 25 ünvanında yerləşən 146 nömrəli orta məktəbin həyətində baş verib.
Belə ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü Nizami Kərimov orada təhsil alan 2001-ci il təvəllüdlü Rəşad Novruzovun bud nahiyəsindən bıçaqla xəsarəti yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
Bütün mahnılarım tarixdə qalıb, 30 ildir oxuyurlar' - Rəqsanə
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO