Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''

Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi başlanıb. O, öz müştərisini döyərək xəsarət yetirməkdə ittiham olunur. Elnarə Rzayevanın müştərisi olmuş şikayətçi Validə Firudinova criminal.az saytına bildirib ki, bu il martın əvvəlində kosmetoloqa müraciət edib, sonda iş polisə qədər uzanıb:

Elnarə Rzayeva

''Bu il martın əvvəlində Elnarə Rzayeva burun kiçilmək üçün endirim kampaniyası keçirirdi. Həmin vaxta qədər onu tanımırdım. Qızım instagramda Elnarəni izləyirdi. Kampaniyada 3-cü yeri tutduq, 30 faiz endirimlə Elnarə xanıma müraciət etdik. Burnumu kiçiltmək istəyirim. 280 manata iynə vurdu və dedi ki, 20 günə burun kiçiləcək. İynə də dəhşət ağrılı idi. Həmin müddət keçsə də, burunda kiçilmə olmadı, əksinə burnumun yuxarı hissəsində əyilmə və göyərmə baş verdi. Elnarə ilə əlaqə saxladıq, burnumun kiçilmədiyini dedik, bildirdi ki, mərkəzə gəlin, sizə sübut edim ki, kiçilib. Xəbərdarlıq da etdi ki, gələrkən səs-küylə gəlməyin. Sən demə, bu adam belə hallarla tez-tez rastlaşırmış. Burunumu iynə vurmamışdan qabaq kobud şəklini çəkmişdi, iynədən sonra isə kənardan çəkib fotoşop etdi. Ordakı işçiləri də çağırıb mənə burnumun kiçildiyinə inandırmağa çalışdı. Və qəflətən bizə dedi ki, çıxın otaqdan. Mən ondan pulu tələb etdim. Mənə yaxınlaşaraq əyləşdiyim kresloya təpiklə vurdu, stolun üzərindəki stəkan-nəlbəkini yerə çırpdı. Yenidən pulu istəyəndə isə yerdəki qırıq şüşələri götürüb qızımın üstünə atdı. Baş verəcək pis hadisənin baş verməməsi üçün otaqdan çıxıb polisə şikayətə getmək istəyirdim. Dəhlizlə gedərkən gördüm bizi telefonla çəkir. Mənə dedi ki, sizi çəkib youtube-da biabır edəcəyəm. Əlindən telefonu almaq istəyərkən təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım. Elnarə başımın üstündə dayanaraq çəkilişə davam edirdi. Qızım onun əlindən telefonu almaq istəyərkən işçilər də qızımın üstünə düşdü. Düzdür, işçilər vurmadı, sadəcə elə şərait yaratdılar ki, Elnarə yaxşı döysün. Qızım da onun saçından tutub özünü müdafiə etdi. Qızımın dırnağı kökündən qopdu. Təsəvvür edin, qızım yerdə döyülür, mən kənarda dayanıb baxıram, ağrıdan qalxa bilmirəm. Bayırdan bir taksi sürücüsü içəri daxil olub qızımı onlardan aldı''.

V.Firidunova deyir ki, hüquq-mühafizə orqanı əməkdaşları gəldi, polis bölıməsinə aparıldıq: ''102-yə yığdıq, polislər gəldi. Elnarə polisə getmirdi. Arxasında kimsə durur, bilmirəm sevgilisidi kimdi, amma ona arxalanır. Sonda Elnarəni məcburi bölməyə apardılar. Orada da ağzına gələnləri danışdı. Polis bölməsində ELnarə izahat verib ki, güya bizə pulsuz iynə vurub. Halbuki biz 3-cü yer tutmuşduq, bizə 30 faiz endirim edilmişdi. Sonra birinci yerə çıxan qızı bizi tapdı. O da dedi ki, burnumda keçilmə olmayıb. Mən bilsəydim ii, o 280 manata görə dava edir, heç getməzdim. Mənim getməkdə məqsədim burnumun kiçilmədiyini ona sübut etmək idi. Hazırda işimiz Nəsimi rayon Polis İdarəsinə göndərilib. Ordan-burdan da eşidirəm ki, Elnarənin arxasında bir kişi dayanır. Allah onun da bəlasını versin ki, Elnarə bizim kimi adamların başına oyun açır, o da hamını susdurur. Allah onun bəlasın versin''.

''Kimsə ondan səhv tapırsa o dəqiqə yalandan məlumatlar yayır ki, rəqiblərim öyrədib. Mən onun sahəsində işləmirəm, rəqibim də deyil. Ekspertə getdik, ayağılmda yırtıq əmələ gəlmişdi. Dedilər təcili əməliyyat olunmalıyam. Bildirilir ki, əməliyat olunmasam gələcəkdə kəsilə bilər. Məcbur qalıb özəl klinikalardan birində əməliyat olundum. Bu dəqiqə də həmin xəsarətlərin fəsadını görürəm. hadisədən bir müddət spnra qızım sosial şəbəkədə mənim ayaq şəkilimi paylaşaraq Elnarə həkimə aldanmamağı məsləhət gördü. Elnarə isə cavab olaraq mənim şəklimi pis hala salaraq paylaşdı və yazdı ki, bu qadın qızlarını Türkiyəyə satıb. Bundan başqa şəklimi paylaşaraq məni narkoman kimi təqdim edir, güya həbsxanadan çıxmışam, insanları aldadıram. Şəkilimi də elə hala salıb ki, baxan adam doğurdan da inanar ki, mən narkomanam. Bir sözlə, bu qız qan-qan edir''.

Elnarə Rzayeva açıqlamasında bildridi ki, həmin şəxslər keçirdiyi kampaniyada prosedur udmuşdu. Proseduru edəndən sonra şantaj etməyə başlayıblar, hətta mərkəzdə bəzi əşyları sındırıblar.

Kosmetoloqun sözlərinə görə, həmin şəxslər polisə şikayət ərizəsi veriblər: ''Araşdırma zamanı pasientlər tərəfindən çəkilmiş video polisə təqdim olunandan sonra onların şikayətinin şər-böhtan olduğu üzə çıxdı. Hal-hazırda məhkəmə iddiası qaldırıram. 100 min manat təzminat tələb edəcəm həmin şəxslərdən. Hazırda qara siyahımda 3 nəfər var. Onlar həm media vasitəsilə, həm də səhifəmdə məndən üzr istəyəcəklər. Öndə olmaq həmişə çətin olur, mən də bunlara hazıram. Bu vaxta kimi ancaq özümü qorumuşam, bundan sonra hücum edəcəm. Hər kəs bir-bir cəzasını çəkəcək''.

Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsindən bildirildi ki, E. Rzayevanın barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''

Xəbərlər     Baxılıb: 3792   Tarix: 21 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri reseptler yuxuyozmalar qadınlarda erroziya geyim kombinasiyalari yasil pomidor tutmasi kosmetika sağlamlığın sirleri baldiza aid hakisda pizza hakiwda veten