Bakılı qız dünyanın ən gənc milyarderinə necə çevrildi - FOTOLAR

Azərbaycanlı gənc qadın Afrikanın ən gənc milyarderlərindən biri olub. Sfera.az istipress-ə istinadən xəbər verir ki, İzabel duş Santuş həm də dünyanın ən varlı qadınları siyahısına adını yazdırıb. Bəs bu necə olub?

Santasın milyarder olması uzun illər Azərbaycanın da tərkibinə daxil olduğu SSRİ ilə bağlıdır desək yanılmarıq. 1991-ci ildən sonra SSRİ-nin qədim qitədəki dostları taleyin ümidinə atıldılar. Lakin bəzi Afrika dövlətləri özləri təbii sərvətləri sayəsində bu çətinlikdən çıxa bildi. Bunlardan biri də Anqoladır.

Ötən əsrin ortalarında SSRİ Anqolanın müstəqilliyi hərakatına dəstək verirdi. Hərəkatın fəalları SSRİ-də təhsil almağa dəvət edilirdi. Onların arasında 60-cı illərin əvəllərində Bakıda Neft İnstitunda təhsil üçün dəvət edilən Joze Eduardu duş Santuş da var idi.
Təhsil illəri ərzində o nəinki "qara qızıl" haqqında hər şeyi öyrənir, həm də özünə yar tapır - Tatyana Kukanovanı. Lakin tezliklə Joze vətəninə qayıdır və inqilaba qoşulur. Tezliklə portuqallar ölkədən çıxışlarını elan edirlər. Bundan sonra Anqolada demək olar ki, daş dövrü başlayır.

Ölkənin tarixində olan bütün önəmli hadisələrdə Bakıda təhsil alan gənc fəal aktiv rol oynayır. O, 1975-ci ildə ölkənin ilk xarici işlər naziri oldu, 4 il sonra - prezidentin ölümündən sonra isə onun davamçısı.

Bu illər ərzində onun şəxsi həyatına enişli-yoxuşlu oldu. Ancaq birinci həyat yoldaşından qızı İzabel atasını atmır. İzabel 1973-cü ildə Bakıda doğulub. Uşaqlıq illərində o anası ilə birlikdə paytaxt Luandaya köçür. Valideynləri ayrıldıqdan sonra isə təhsil almaq üçün Böyük Britaniyaya gedir.

90-cı illərin əvəllərində o Londondan vətənə qayıdır. Məhz bu illərdə duş Santus bazar iqtisadiyyatında yeniliklərə imza atırdı. Qızı da onun planlarında böyük rol oynadı. Qərb təhsilli, bir neçə dildə sərbəst danışan gənc ölkədə biznesin inkişafı üçün dayanmadan çalışır.

İzabelin sahibkarlıq qabiliyyəti bir çox sahələrdə ona uğur qazandırıb - məsələn, əyləncə sahəsinin təşkili, telekommunikasiya, neft, almaz biznesi. Bütün bunlar isə anası Bakıdan olan, özü Bakıda doğulan bu xanımı dünyanın və qitənin ən zəngin xanımlarından biri edib. "Forbes"in hesablamalarına görə, Afrikanın ən varlı qadınının şəxsi sərvəti 3 milyard dollardan çoxdur.
Bakılı qız dünyanın ən gənc milyarderinə necə çevrildi - FOTOLARBakılı qız dünyanın ən gənc milyarderinə necə çevrildi - FOTOLARBakılı qız dünyanın ən gənc milyarderinə necə çevrildi - FOTOLAR

Maraqlı     Baxılıb: 2590   Tarix: 13 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri həkim məsləhəti bəxtiyar vahabzadə intim pozalar güllərin mənası parfümeriya kosmetika faydalı məsləhətlər birlik dolca saglam qidalanma şebnem tovuzlu