Bakirəliklə bağlı ŞOK FAKTLAR: xəyanət zamanı orqanizmdə nə baş verir?

Bakirəliklə bağlı ŞOK FAKTLAR: xəyanət zamanı orqanizmdə nə baş verir?Təbiət qanunları dini və ya mentalitet qanunları ilə bəzən uzlaşmır. Dinin və ya hər xalqın özünəməxsus qanunları var ki, çox vaxt bundan əziyyət çəkən qadınlar olur. Amma kişilər də bu qanunların güdazına az getməyiblər. Məsələn, bir çox millətlərdə (xüsusən də şərqdə) artıq həddi-büluğa çatmış gəncin ailə qurmasını onun nəsil böyükləri tələb edir. Bu zaman gənc qızın kimisə sevib-sevmədiyi nəzərə alınmır. Gənc oğlana isə yanlışlıqla "evlən, bizim dediyimiz qızla ailə qur, sonra istədiyin qadınlarla "cavanlıq edərsən" tövsiyəsi verilir. Əslində bu tövsiyənin heç bir dinlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Bütün səmavi və qeyri-səmavi dinlər xəyanəti günah sayır. Bəs təbiət nə deyir?
Publika.az bununla bağlı yazını təqdim edir:
İnsan bədəninin quruluşu onun vaxtında intim münasibətə başlamasını tələb edir. Hər iki cinsdə gecikmə müxtəlif fiziki-psixoloji fəsadlar yarada bilər. Amma gecikməmək məqsədilə gözübağlı cinsi həyata başlamaq da insanın ən böyük yanlışıdır. Buna yol verdiyi halda nəinki özünə, özündən sonrakı nəslə də sağalmaz yara açır. Bu proses belə baş verir: kişi və qadın arasında doğru enerji mübadiləsinin sağlam nəsil yetişməsinə səbəb olması danılmaz faktdır. Amma burda "doğru" sözünü xüsusi qabartmaq lazımdır. Doğru enerji mübadiləsi cinslərin sadəcə ailə qurmaq, törəmək çərçivəsində qətiyyən mümkün deyil. Burada mütləq surətdə tərəflərin bir-birinə səmimi, ürəkdən duyğuları olmalıdır. Əks təqdirdə enerji mübadiləsi axını tam olaraq orqanizmdə dövr edə bilməz. Məlum olduğu kimi, enerji axınının ən güclü həddi cinsi akt zamanı baş verir, amma... əgər bu proses iki sevən şəxs arasında baş verirsə... Sadəcə zövq üçün və ya ailə böyükləri məsləhəti ilə bir araya gələn gənclər arasında enerji mübadiləsi natamam və zərərli baş verir. İki sevən insanın cinsi qovuşması zamanı insanın müsbət enerjisi, qadın və kişi toxumlarının daha fəal birləşməsi, həmçinin fərdlərin gen məlumatının bir-birinin orqanizminə ötürülməsi prosesi gedir.

Yuxarıda qeyd olunduğu kimi, təbiət+mentalitet+dinin yeganə uzlaşdığı nöqtə xəyanət və çoxpartnyorlu münasibətə yol verilməməsidir. Səbəb? Məsələ burasındadır ki, qadın orqanizmi, xüsusən də sırf qadın orqanları kişinin mikroflorası əsasında qurulur. Qurulmuş sistem isə seks partnyoru dəyişərkən dağılıb yenidən qurulmağa başlayır. Təsəvvür edin ki, binanın bünövrəsi qoyulub daşı qaldırılır, sonra kimsə onu söküb yenidən tikməyə başlayır. Bu proses hər dəfə təkrarlanarsa, nə həmin torrpaqda, nə də özüldə dözüm qalar. Sonrakı qurulan bina isə qəzalı vəziyyətdə olacaq. Ona görə də bir insanla fiziki və mənəvi məhəbbət qadının özü və onun dünyaya gətirəcəyi uşaq üçün çox vacibdir. Bunun üçün də qızın bakirə ərə getməsi məqbul sayılır. Yoxsa hər kişidən qalan "daş parçası" gələcək nəslin təməlini bəri başdan yanlış qurar. Amma burada bir nüansa diqqət: təbiət bakirəliyi sadəcə cinsi orqanın bütövlüyü ilə qəbul etmir. Ona bakirəlik tam olaraq lazımdır. Yəni qız nəinki qadınlıq orqanını, hisslərini, baxışlarını da bakirə saxladığı halda onun kişiyə ötürdüyü enerji də tam olaraq bəhrəsini verər. Amma burada kişi də yaxasını kənara çəkməməlidir. Bakirlik güclü cinsdən də tələb olunur. Burada oxucu etirazların şahə qalxacağını təxmin etmək olar, amma təkrar edirəm, təbiət öz saydığını sayır, o, "kişiyə olar, qadın özünü qorusun" prinsipi ilə işləmir. Alimlərin çoxdan irəli sürdüyü və təsdiqlədiyi teleqoniya (Əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqənin cütlüyün sonrakı nikahından olan övladlarının irsi xüsusiyyətlərinə təsir etməsi) prosesi var. Qadınla yanaşı, kişi də ilk partnyorundan bədənində "xatirə" gəzdirir. İndi belə çıxır ki, müasir dövrdə doğulan bütün uşaqlar ata-analarının əvvəlki sevgisini özündə yaşadır.
Maraqlı bir fakt var ki, bakirə qızlar qadınlara nisbətən ətrafa daha sağlam və təmiz aura yayırlar. Çünki qızların daxili harmoniyası hələ tamdır, əks cinslə bölüşülməyib.

Deyək ki, tamamilə toxunulmaz olan cütlük qovuşur, doğru enerji axınını yaradır və dünyaya sağlam övlad gətirirlər. Amma daha sonra ər və arvad xəyanət etdiyi halda artıq hər iki orqanizmə alışıq olan enerji mübadiləsi başqa bir orqanizm üçün də ehtiyat saxlayır. Yəni enerjinin yarısı digər rəqib bədənə ötürülür. Natamam enerji isə ilk olaraq psixoloji təsirlə başlayır. Beyin yad bədənlə etdiklərinin şüuraltı əziyyətini çəkir. Bunu dilə gətirməsə belə, özündən asılı olmadan peşmanlıq hissi baş qaldırır. Getdikcə cütlüyün bir-birindən soyuması, soyuqluqdan yaranan qəzəb, qısqanclıq, nifrət artıq mübət enerjini "yaralayır". Daha sonra isə stress və daxili gərginlikdən müxtəlif xəstəliklər törəyir. Beləliklə, bu cütlük yenidən sağlam "bina" tikməsi üçün hər şeyi yenidən başlamağa məcbur olur.
Boş yerə deməyiblər ki, "Hər güclü kişinin arxasında bir iradəli qadın dayanır". Seksoloqlar bunu belə təsvir edirlər: kişi maşındır. Amma ən yaxşı maşın da yanacaq olmasa işləyə bilməz. Qadın isə o maşını hərəkətə gətirən yanacaqdır. Məhz yanacağın tərkibinin keyfiyyəti ilə maşının gələcək taleyi və uzunömürlülüyü bəlli olar.

Maraqlı     Baxılıb: 9803   Tarix: 18 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

turlar.az

hamilelikde qidalanma hamiləlik toy makiyajlari prezervativ ariqlamaq ucun kofe psixoloji məsləhətlər parfümeriya kosmetika vətən haqqında atalar sözləri gulmeli hakista ağır itki vətən həsrətinə aid bayatılar gozde olar