Balaban

BalabanƏzizim balabanı,
Asta çal balabanı...

Azərbaycan musiqisinin yaşı çox qədimdir. O, uzun bir tarixi yolu qət edərək bu günümüzə kimi gəlib çıxmışdır. Xalqımızın malik olduğu bir sıra musiqi dəyərlərini zənginləşdirən bir çox amillər var. Bura əsrarəngiz muğam, aşıq sənəti və s. daxildir. Səsləri ilə dinləyicini bihuş edən xanəndələri müşaiyət edən alətlər sırasında balaban da yer alır.

Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya "Yastı" balaban adı ilə tanınır. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir.
Çox zaman qara zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə ifa olunan melodiyanın dəmkeşini tutur. Balaban nəfəsli musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə zurnasız da çalınır.

Azərbaycan xalqının nəfəsli milli musiqi aləti olan balabanın səsi indi də toy-mağarlardan, xalq çalğı alətləri orkestri və ansambllarından gəlməkdədir.
Balabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov xalqımıza məxsusu olan bu aləti qardaş Türkiyədə sevdirə bilib.

Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada "duduk" kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.
Balabanın ifa imkanları çox genişdir. Bu alətdə muğamları, xalq mahnılarını, rəqsləri və instrumental pyesləri çalmaq mümkündür. Balabandan aşıq sənətində də geniş istifadə edilir. Balaban özünəməxsus gözəl və yumşaq səs tembrinə malikdir.

Maraqlı     Baxılıb: 3200   Tarix: 10 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri geyim seçimi şirniyyat və tortlar masaj i̇mtahana hazırlıq bilincik resepti kosmetika qaynana hakista balıq veten haqqinda atalar sozu salatlar pomidor