Balina əti haqqında

Balina əti haqqındaBalina ətindən ən çox bizim eramızdan 800 il əvvəllərdə istifadə olunub. O zamanlar kütləvi balina ovu ilə məşğul olunub. Ovda əsəs məqsəd isə balinanı ovlamaq və onun yağından istifadə eləmək olub. Balinaların ətindən istifadə edilməyə başlandıqdan sonra isə onların ovlanması sürətlə çoxalıb. Bu balinaların sayının azalmasına səbəb olduğundan balina ovuna qadağa qoyulub. İndi bəzi balina növlərinin sayı tamamilə azalıb. Balinaların sayının azalması ekoloji problemlərin də meydana gəlməsinə səbəb olduğundan okean sahillərində yerləşən dövlətlər onların qorunması istiqamətində ciddi tədbirlər aparır. Balina ətinin tərkibində çoxlu miqdarda civə var. Bu normadan 900 dəfə çoxdur. 60 yaşlı adamın 15 qram balina ciyəri yeməsi Ümumdünya Səhiyyə Təşlkilatının təsdiqlədiyi civə normasının həddini aşmış olur. Az miqdarda balina ciyəri yemək orqanizmin zəhərlənməsinə səbəb ola bilir. Balinanın ağciyərlərində və böyrəklərində də civənin miqdarı normadan çox artıqdır. Buna görə də balinanın daxili orqanlardan qidalanma vasitəsi kimi istifadə olunmasına qadağa qoyulub. Balina ətindən əsasən şimal bölgəsində yaşayan insanlar istifadə edirlər.
Necə seçməli?
Balina əti alarkən onun rənginə və üzərində ləkələrin olub olmamasına diqqət yetirmək lazımdır. Ətin rəngi parlaq, tünd çəhrayı və ya qırmızı, həm də ləkəsiz olmalıdır.
Necə saxlamalı?
Balina ətini digər ətlər kimi soyuducuda bir neçə gün saxlamaq mümkündür.Uzun müddət balina ətini saxlamaq üçün onu dondurucuya qoymaq lazımdır. Dondurucuda balina ətini 6 ay saxlamaq mümkündür.
Qida sənayesində
Balinanın çəkisi 160 tona qədər ola bilir. Onun ətindən, yağından və bulyon hazırlamaq üçün sümüklərindən istifadə olunur. Balina ətindən qızartma, soyutma, ətlərin, paştetlərin, soyuq qəlyanaltıların və ət souslarının hazırlanması zamanı istifadə olunur. Balina ətinin xüsusi qoxusu olduğuna görə onu bişirməzdən əvvəl texniki işlətmədən keçirmək lazımdır. Bunun üçün əti bişirməzdən əvvəl ən azı 20 dəqiqə qaynadıb suyunu atmaq lazımdır. 100 qram balina ətinin qida dəyəri:
- Zülallar - 22,5 qr
- Yağlar - 3,2 qr
- Su - 73,1 qr
- Kalori - 119 kKal.
Balina ətinin qidalılıq dərəcəsi mal ətininkinə daha çox oxşayır. Onun 18-20%-ni zülallar və 2%-ni yağlar təşkil edir. Ətin tərkibi PP, B2 vitaminləri, kalsium, xrom, natrium, kalium, fosfor, dəmir və maqniumla zəngindir. Balina ətinin tərkibi faydalı elementlər və orqanizm üçün vacib sayılan bioloji aktiv maddələrlə zəngindir. Ondan mütəmadi olaraq istifadə etmək qanda xolesterinin miqdarının azalmasına, mədə-bağırsaq, ürək və damar fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
Balina ətinin tərkibində olan E vitamini orqanizmin qocalmasının qarşısını alır, dəri xəstəliklərini müalicə edir və damar divarlarını möhkəmləndirir.
Balina ətinin tərkibində olan vitaminlər yaddaşın və beyin qan dövranının yaxşılaşmasına, depressiyanın aradan qalxmasına səbəb olur.
Balina ətində olan mikroelementlər ürəyin və sümüklərin möhkəmlənməsinə səbəb olur, qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır.
Balina ətinin zərərli xüsusiyyətləri
Balina ətinin zərərli olması onun düzgün saxlanılmadığı zamanlarda meydana çıxır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1618   Tarix: 17 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan