Banan alarkən nələrə diqqət edək? - Qida Təhlükəsizliyi

Banan alarkən nələrə diqqət edək? - Qida Təhlükəsizliyi Banan dünyada dadına və qida dəyərlərinin zənginliyinə görə əhəmiyyətli meyvələrdən biri hesab edilir. Tropik ölkələrdə yetişdirilən banan bitkisi Ekvador, Kosta-Rika, Kolumbiya, Filippin və Hindistanda daha çox istehlak olunur. Hündürlüyü 8-9 metr olan ağac adlandırdığımız banan əslində çoxillik ot bitkisidir. Sarı rəngli meyvələri daha çox yayılsa da, qırmızı, çəhrayı, hətta bənövşəyi rəngdə növləri də mövcuddur. Banan həm təzə halda, bəzən qızardılmış və ya püre halında, eləcə də qurudulmuş, konservləşdirilmiş halda da istehlak edilə bilər. Bundan başqa, sirop, marmelad, banan unu və şərab istehsalında da geniş istifadə olunur.
Bananın hansı faydaları var?
Bu suala Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) aydınlıq gətirib. AQTİ-dən Trend-ə bildirilib ki, banan qidalandırıcı xüsusiyyətə malikdir. Lif baxımından zəngin olduğundan doyurucudur. Bananı yetişməmiş, az yetişmiş, yetişmiş və ya çox yetişmiş halda qəbul etmək olar. Tərkibində protein və karbohidrat olduğundan qida dəyərliliyi yumurtaya bərabər tutulur. Banan yetişdikcə tərkibində qlükozanın miqdarı artır. Yetişmiş banan meyvəsində 22 % - dən çox karbohidrat və liflər, kalium, manqan, A, B6, B12, C və E vitaminləri mövcuddur. Eyni zamanda banan enerji artırıcı bir meyvə kimi, xüsusilə iştahsızlıq halında, bədənin enerjisinin artması üçün ideal bir seçimdir. Kaliumla zəngin olması böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir. Yüksək kalium və az miqdarda duz tərkibli banan qan təzyiqinin tənzimlənməsinə də kömək edir.
Ürək və damar xəstəliklərinə də faydalı olub, bağırsaq problemlərində (ishal) sabitləşdirici xüsusiyyətə malikdir. Lakin bananın normadan artıq qəbulu qəbizliyə gətirib çıxarır.
Banan meyvəsində qana bənzər rəng dəyişikliyinin səbəbi nədir?
Son dövrlərdə bəzən banan meyvələrinin daxilində qırmızı ləkə müşahidə olunur. Sosial şəbəkələrdə belə bananla bağlı insanları qorxuya salan məlumatlara rast gəlinir. İddia edilir ki, həmin bananların tərkibinə QİÇS xəstələrinin qanı vurulub. Əslində isə bu göbələk və bakteriyaların səbəb olduğu fitopatogen xəstəliklərin əlamətidir. Xəstəliyin əsas əlaməti xaricdən normal görünən meyvə daxilində qırmızı-qəhvəyi rəng çalarlı quru və qırışmış lət hissəsinin əmələ gəlməsidir. Qeyd edək ki, sözügedən fitopatogen xəstəliklər yalnız bitkiyə ziyan vurur və insan sağlamlığı üçün heç bir mənfi təsiri aşkar edilməmişdir. Bananın çox tez xarab olma xüsusiyyəti olduğu üçün, soyulduğu anda istehlak edilməsi tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 13 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun