Banan qabığı ilə üzünüzü ovun, sonra...

Banan qabığı ilə üzünüzü ovun, sonra...Üz dərisində məsamə genişlənməsi ən çox yayılan kosmetoloji problemlərdən biridir. Bu problemi aradan qaldırmaq üçün kosmetoloqa getməyə vaxtınız yoxdursa, narahat olmayın. Ev şəraitində də məsamələrdən xilas olmaq mümkündür. Xanim.az lent.az-a istinadən geniş məsamələri yığmaq üçün bir neçə təbii maska reseptləri təqdim edir.

Aloe vera

Aloe vera ən yaxşı dəri bərpaedici bitkidir. Nəmləndirmə və hüceyrə yeniləmə xüsusiyyəti ilə tanınan aloe vera bitkisini evdə də yetişdirə bilərsiniz. Yarpaqlarını qıraraq içərisindən çıxan qatı suyu dərinizə sürtün. Durulamanıza ehtiyac yoxdur. Yalnız hər gün tətbiq etməyə çalışın.

Arqan yağı

Geniş məsamələrin müalicəsində uzun illərdən bəri istifadə edilən arqan yağının tərkibində yüksək miqdarda E vitamini var. Bir neçə damla arqan yağı ilə təmizlənmiş üzünüzə masaj edin. Yarım saat və ya dərinizin quruluq dərəcəsinə görə bir saat sonra ilıq suyla yuyun. Bu üsulu hər gecə yatmazdan əvvəl təkrarlayın.

Yumurta ağı

1 yumurtanın ağı, 2 yemək qaşığı yulaf, 2 yemək qaşığı limon suyunu qarışdırın. Qatı hala gəldikdə qarışımı üzünüzə çəkin və 30 dəqiqə sonra soyuq su ilə yaxalayın. Yaxşı nəticə almaq istəyirsinizsə, bu maskanı həftədə iki dəfə tətbiq edin.

Alma sirkəsi

Sirkənin faydalarını saymaqla bitməz. Dəri baxımında istifadə edə biləcəyiniz ən praktik məhsullardan biri də alma sirkəsidir. 1 yemək qaşığı alma sirkəsini 1 yemək qaşığı təmiz suyla qarışdırın. Qarışığı pambığa hopdurun və bu pambıqla təmizlənmiş dərinizi silin. Bu lasyonu ev istehsalı olan tonik kimi də hər gün istifadə edə bilərsiniz.

Karbonat

Karbonat antibakterial və iltihab təmizləyici xüsusiyyətə malikdir. Dərini ölü hüceyrələrdən təmizləyir, sızanaq və çivzənin yaranmasına mane olur. Bunun üçün
2 yemək qaşığı karbonat və 2 yemək qaşığı suyu (mineral su ola bilər) qarışdırın. Məsaməli bölgəyə 30 saniyə masaj edərək sürtün. Sonra soyuq suyla durulayın. Yaxşı nəticə almaq istəyirsinizsə, həftədə üç dəfə tətbiq edin.

Banan qabığı

Banan möcüzəvi meyvədir. Bananın qabığı antioksidant, mineral və kalium qaynağıdır. Banan qabığında dərini gəncləşdirən gizli düstur var. Təmizlənmiş dərini banan qabığının içi ilə ovalayın. Yarım saat bu formada saxlayın və sonra soyuq suyla durulayın. Hər gün üzünüzə çəkin. Q​ısa müddətdə müsbət nəticələr verəcək.

Xiyar
Həftədə iki və ya üç dəfə xiyar maskası tətbiq edə bilərsiniz. Bir neçə dilim xiyarı 2 yemək qaşığı limon suyu ilə qarışdırın və blendrdan keçirin. Qatı hala gələn maskanı üzünüzə sürtün və 15 dəqiqə gözləyin, sonra soyuq suyla durulayın.

Zərdəçal

Ən təsirli antibakterial ərzaqlardan biri olan zərdəçal məsamələri aradan qaldıran və müalicə edən xüsusiyyətə malikdir. 1 yemək qaşığı zərdəçal tozunu 1 yemək qaşığı gül suyu və ya südlə qarışdırın. Qarışımı dərinizə sürtün və 10 dəqiqə gözləyin. Hər gün tətbiq edə bilərsiniz

Xəbərlər     Baxılıb: 1731   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

qadin sayti aksessuarlar qadin dunyasi xallarin menasi saç hörükləri milli geyimlər gecəliklər kosmetika bakire usaq seirleri novruz haqistalari cinsi əlaqə balıq