"Banu"nun Güneli: "Evim kireditdə, ödəyə bilmirəm, maşınım da yoxdur"

"Banu"nun Güneli: "Evim kireditdə, ödəyə bilmirəm, maşınım da yoxdur""Space" telekanalının aparıcısı Günel Həsənzadə "Gəlin danışaq" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, Günel Banu kimi tanınan aparıcı görünüşü ilə diqqət çəkib. Xeyli kökələn G.Həsənzadə saç düzümünü də dəyişib. Onları saraldaraq, bir yanını keçəl etdirib.

Günel aparıcılıq sahəsinə gəlməsindən söz açıb:

"Hansı verilişi apardımsa, məni onun adı ilə çağırdılar: Banu Günel, Günaydın Günel, Münəccim Günel, Möcüzə Günel. Bunlar məni narahat etmir. 1997-ci ildən çalışıram. 3 ay pulsuz çalışdım, sonra maaş aldım. "Space"in ən qocaman işçilərindənəm. "Təhminə" filmində rejissor köməkçisi olmuşam. Beşinci sinifdən yaşımdan böyük kitablar oxumağa başladım. Azərbaycanda kinorejissorluq fakültəsinə ilk qəbul olan qız mənəm. Film çəksəm, enisklopediyaya düşərəm. Amma çəkməyəcəm, hövsələm yoxdur. Tofiq İsmayılov bütün qızları imtahandan kəsirdi ki, sənin yerin kinostudiya yox, mətbəxdir. Yaxşı ki, imtahanda o yox idi, o, olsaydı məni də kəsəcəkdi".

Günel daha sonra ailəsindən söz açıb. O bildirib ki, ailənin tək övladıdır:

"Anamla tək yaşayıram. Atam yoxdur, beş yaşımda anamla ayrıldılar. Bizi itirib, onu tanıyıram. Amma yenidən görüşməyə fikrim yoxdur. İkiotaqlı evimiz var idi. Atam başqa qadınla evlənib otağın birində qalırdı. Anamla mən isə digər otaqda yaşayırdıq. Düzdür, dalaşmırdılar, amma psixoloji gərginlik var idi. Üç uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin... Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Onlara baxmayaraq mən pozitiv olmağa çalışıram. Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, sənin atan deyil. O biri bacılarınn atasıdır. Mən kişi olsaydım qadınımı o evə gətirməzdim. Baxırsa, qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi də atamın mənə yaşatdığı o anlardır. Heç kimə güvənmirəm, hamıya dost kimi baxıram. Anam onun uşaqlarına yemək, şirniyyat verirdi. Getməyə yerimiz yox idi. Anam çalışırdı, məni saxlayırdı. Bacılarımı çox istəyirəm, amma onlara yaxınlaşmıram. Sumqayıtda xəstəxanada yatanda yanıma gəldilər, mənə yaxınlaşmaq istəyirlər. Amma alınmır məndə".

Aparıcı maddi sıxıntılarından da danışıb:

"İndi ancaq adım var, heç nəyim yoxdur. Evim bankda kreditdədir. Ödəyə bilmirəm, gecikdirirəm. Maşınım yoxdur. Anamla birlikdə yaşayıram. Hərdən kimsə yığır qohumumsan. Uşaqlıqda yanımda olmayanlar indi məni axtarır. Buna narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi kişilərin xəyanətkar olmasıdır. Bəzən də işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam".
"Banu"nun Güneli: "Evim kireditdə, ödəyə bilmirəm, maşınım da yoxdur""Banu"nun Güneli: "Evim kireditdə, ödəyə bilmirəm, maşınım da yoxdur"

Xəbərlər     Baxılıb: 7345   Tarix: 23 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

donlar 2026 maskalar yay geyimləri 2026 biskvitli tort resepti moda bolqar biberinin faydasi gavali haqqinda kosmetika novruz hakista qoğalın nağlı tapmacalar rus dilini oyrenek 2ci ders balıq