Barmaqlarının ucunda gəzən körpələr haqqında

Barmaqlarının ucunda gəzən körpələr haqqındaBarmaqlarının ucunda gəzən körpələr haqqında

Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? — analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa "düzgün" yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.

Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir.

Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi "xodunki"də yeriməyə öyrənir. Bir çox hallarda məhz "xodunki" uşaqda bu vərdişi formalaşdırır — uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.

Beləliklə, sağlam və normal (yaşına uyğun) inkişaf edən uşaqlarda 3 yaşına kimi vaxtaşırı olaraq (daim yox!) barmaqların ucunda yeriməsi heç bir pozulmanın simptomu sayılmır və buna görə narahat olmağa dəyməz.

Lakin bəzi hallarda uşağın barmaqların ucunda yeriməsi ciddi nevroloji xəstəliklərin əlaməti də ola bilər. Təbii ki, bu simptomdan əlavə uşaqda digər və daha ciddi nevroloji simptomlar inkişaf edir.

Uşaq 4, 5 və daha böyük yaşlarda barmaqların ucunda yeridikdə, uşağı mütləq nevroloqa göstərmək lazımdır.

Uşaq daim barmaqların ucunda gəzdikdə, bu "əzələ distoniyası" (ayaqların əzələlərinin tonusunun geyri-bərabər olması) adlandırılan pozulmanın simptomu ola bilər. Bu zaman uşağa massaj, xüsusi gimnastik məşğələlər, üzgüçülük, bəzi fizioterapevtik üsullar yaxşı kömək edə bilər. Bəzi hallarda uşağa xüsusi dərman preparatları da təyin olunur. Adətən müalicədən sonra uşaq bu vərdişdən tam azad olur.

Ailə və Uşaq     Baxılıb: 3389   Tarix: 02 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler geyim və ayaqqabılar tüklərin təmizlənməsi normal yuxu yay paltarlari 2026 qadın saytı kosmetika baldiza aid haxisda gozellik veten haqqinda atalar sozu novruz bayramına aid hakıştalar maska