Baş nazir xəstəxanalıq oldu - FOTO
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili "İşemik şok" (ürəyin işemik xəstəliyi) diaqnozu ilə Almaniyanın Münhen şəhərindəki klinikaların birinə aparılıb.
Xanim.az report.az-a istinadən xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.
"Xronika+" qəzetinin baş redaktoru Eliso Kiladze yazır ki, İvanişvili yaxın aylarda cəmiyyətdən tam təcrid olunacaq. Çünki istənilən xoş və ya bədbəxt hadisə, yaxud da xəbər onun vəziyyətini daha da ağırlaşdır bilər və nəticədə xəstə iflic ola bilər.
Xatırladaq ki, son günlər Bidzina İvanişvilinin ağır xəstə olması barədə məlumatlar yayılır. "Rustavi 2" televiziya şirkətinin baş direktoru Nika Qvaramiya da İvanişvilinin ağır xəstə olması barədə məlumat yaymışdı. Lakin İvanişvilinin nümayəndələri Qvaramiyanın sözlərini yalan adlandırmış və hətta baş direktoru təhqir etmişdilər. Parlamentdəki çoxluğu təmsil edən deputatlar da teleşirkət rəhbərinin dediklərini cəfəngiyat adlandırmışdılar. Lakin onların heç biri Bidzina İvanişvilinin xəstə olması barədə suala cavab verməyiblər.
Yalnız keçmiş baş nazirin oğlu Bera İvanişvili "Facebook" səhifəsində bəyanat yayaraq atasının sağlam olduğunu, idmanla məşğul olduğunu bildirib.
Bütün bunlara baxmayaraq, İvanişvili son günlər ictimaiyyət qarşısına çıxmayıb və siyasi səhnədə görünməyib.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir