Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?

Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?Baş və boyun nahiyəsində yaranan xərçənglər çox zaman gec mərhələdə və ya səhv diaqnozla müəyyən edilir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri arasında simptomların düzgün qiymətləndirilməməsi, biopsiyadan çəkinmə, psixoloji inkar və diaqnostik imkanların məhdudluğu dayanır.
Milli.Az xəbər verir ki, bu sahədəki ən ciddi problemlərdən biri, xərçəng əlamətlərinin - məsələn, ağızda uzunmüddətli yaralar, səsin dəyişməsi və udma çətinliyi kimi simptomların - çox vaxt sadə infeksiya kimi qəbul edilməsidir. Həm xəstələr, həm də bəzən həkimlər bu əlamətləri bakterial və ya göbələk mənşəli xəstəliklərlə səhv salaraq müalicəyə gec başlayırlar.
Bəzi pasiyentlər isə biopsiya prosedurundan qorxduqları və ya mümkün diaqnozu qəbul etmək istəmədikləri üçün həkimə müraciəti təxirə salırlar. Eyni zamanda, kiçik şəhər və rayonlarda endoskopiya, laringoskopiya kimi xüsusi müayinə vasitələrinə çıxışın məhdudluğu da prosesi çətinləşdirir. Biopsiya nümunələrinin laboratoriyalara gec göndərilməsi isə diaqnozun qoyulmasını daha da ləngidir.
Mütəxəssislər bildirirlər ki, xəstəliyin erkən mərhələdə aşkarlanması həm sağ qalma şansını, həm də həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Xərçəng hələ dəriyə, limfa düyünlərinə və ya sümüklərə yayılmamışkən müəyyən edilərsə, daha sadə və estetik baxımdan qənaətbəxş müalicə üsulları tətbiq etmək mümkündür.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1287   Tarix: 09 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim dəbləri hamilelikde qidalanma toy makiyaji sekilleri maraqli toy ideyalari kəklikotunun faydası doğumu necə keçirtdim badimcan kartof kosmetika uşaq şeirləri vətən həsrətinə aid bayatılar xeyanet novruza aid hakışta rəksanə