Başın dərisinin seboreyası

Başın dərisinin seboreyasıBaşın dərisinin seboreyası iltihab xarakterli xroniki xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbi yağ vəzlərinin fəaliyyətinin pozulması və dəri yağının kimyəvi tərkibinin dəyişməsidir.
Seboreyanın üç növü var:
-Yağlı;
-Quru;
-Qarışıq
Yağlı seboreya zamanı güclənmiş yağ axını müşahidə edilir. Bu isə yağ vəzlərinin aktiv rejimdə çalışması, nəticədə isə saçların anında yağlanması deməkdir.
Yağ sintezi kifayət qədər olmayanda quru seboreya yaranır. Bu zaman dəri təbəqəsində demək olar ki, lipidlər olmur. Əslində isə yağ vəzləri adi qayda ilə piy ifraz edirlər, amma onun konsistensiyası daha qatı olur. Bu isə məsamələrdən yağ vəzlərinin ifrazatını çətinləşdirir.
Quru seboreya zamanı epidermis quru olur, dartılma hissi yaranır, quru kəpək yaranır. Yağlı kəpəkdən fərqli olaraq quru seboreya zamanı kəpək asanlıqla tökülür.
Qarışıq seboreya isə baş dərisində quru seboreya, üzün dərisində isə yağlı seboreya simptomları ilə müşayət olunur. Bu, ciddi xəstəlikdir və uzunmüddətli müalicə tələb edir, bu səbəbdən də ilk növbədə hansı addımların atılmalı olduğu vacibdir.
Seboreyanın yaranma səbəbləri
Həm quru, həm də yağlı seboreya "Pityrosporum ovale" göbələklərin artımı fonunda yaranır. Bu göbələklər əsasən yağ vəzlərinin ətrafında yerləşməklə dəridə hər zaman olurlar. Bu göbələklər yağ vəzlərindən ifraz olan piy ilə həyat fəaliyyətlərini davam etdirirlər.
Bunun isə bir neçə səbəbi var:
-Güclü stress;
-Hormonal balansın pozulması (yeniyetməlik dövrü, klimaks, hamiləlik);
-Endokrin sistemin fəaliyyətinin pozulması;
-Zəifləyən immunitet sistemi (immun xəstəliklərə yoluxma);
-Daxili orqanların ciddi xəstəliyi (eyni zamanda patologiyalar);
-İrsi daşıyıcılıq;
-Vitamin və mikroelement çatışmazlığı;
-Qidalanma səhvləri (yağlı, acı yeməklərdən, spirtli və qazlı içkilərdən çox istifadə);
-Baş dərisinə qeyri-müntəzəm və qeyri-düzgün qulluq
Seboreyanın simptomları
Bir qayda olaraq seboreya özünü qaşınma, kəpək və diskomfort hissinin yaranması ilə göstərir. Eyni zamanda hər növ üçün də xarakterik simptomlar var.
Yağlı seboreya saçların sərtiyi və yağlılığının artması ilə xarakterizə edilir. Eyni zamanda güclü qaşınma, yağ vəzlərinin iltihamı, saçın sürətlə tökülməsi də baş verir.
Seboreyanı necə müalicə etməli
Seboreyanı müalicə etmək üçün dərhal dəri həkiminə müraciəet etmək lazımdır. Eyni zamanda bilmək lazımdır ki, seboreya və kəpəyin yaranma səbəbi daha dərində, ciddi daxili xəstəliyin yaranmasında da ola bilər.
Bu xəstəliyi özbaşına dəf etmək və diaqnoz qoymaq mümkün deyil. Bəzən onu kəpəklə də dəyişik salırlar, kəpək də seboreyanın simptomlarından biridir.
Birincisi, baş dərisinə müntəzəm qulluq etmək, müalicəvi şampunlardan istifadə etmək lazımdır. Tərkibində ketokonazol, sulfid selen, piriton sink, kükürd,  aloy, qaraqınıq, qantəpər və digər bitkilərin ekstraktı, d-pantenol, nanə və ya rozmarin, salisil və süd turşusu, A, B5, C, E, PP vitaminləri olan şampunlar məsləhətdir.
Baş dərisini isti su ilə təmizləmək, masaj etmək məsləhətdir. Əgər şampundan sonra sakitləşdirici losyon və ya sprey istifadə etmək daha yaxşı olar.
İkincisi, qida rasionunu yenidən nəzərdən keçirin.
Şirniyyat, fastfud, ədəvalı, istiotlu, qızartma, qazlı və spirtli içkiləri məhdudlaşdırmaq lazımdır. Daha çox təmiz meyvə, tərəvəz, göyərti, dietik ət növləri, dəniz məhsulları, quru meyvələrin kompotu və vitaminləri qəbul etmək lazımdır.
Üçüncüsü, günəş altında olmaqdan qaçın. Ultra-bənövşəyi şüalar xəstəliyi şiddətləndirə bilər.
Problemi sistemli terapiya ilə dəf etmək mümkündür. Buraya vitamin komplekslərinin qəbulu və ya daxili və xarici istifadə üçün iltihab əleyhinə dərmanlar, hormonal dərman vasitələri, fizioterapiya prosedurları daxildir.
Bir vacib məqam da odur ki, kəpəyin yaranmasında özünüzü günahlandırmayın. Çünki seboreya müalicə olunur. Bu xəstəlik sizinlə əbədi qalmayacaq.
Özünüzü və dərinizi sevin!!!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 981   Tarix: 04 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

geyim seçimi qadin sayti yemek reseptleri hicablı geyimlər əllərin tərləməsi salatlar milli geyimlər kosmetika cantalar kəlamlar vətən haqqında bayatılar xanım az prostat