Başınızı sanki dəmir halqa ilə sıxırlar – Beyində spazm, yoxsa stress?

Başınızı sanki dəmir halqa ilə sıxırlar – Beyində spazm, yoxsa stress?Çox insanlar son zamanlar başın, boyunun sanki dəmir halqa, kaska, rezin kimi sıxılması, spazmı və bundan yaranan ağrıdan şikayətlənir.
Xəstələr ağrını belə izah edir: sanki başımı dəmirlə sıxırlar. Baş dartılır, ağrı bir neçə saatdan bir neçə günə kimi davam edir. Ağrı çiyin, boyun, gözlərə yayılır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, 80% hallarda bu xoşxassəli, gərginlik tipli ağrılar olur.
Kimlərdə çox rast gəlinir?
Çox zaman emosional oyaq, gərgin, təşvişli, nevrozlu, depressiyada olan, ciddi neqativ hadisə yaşayan, stres səviyyəsi çox olan, gərgin zehni işdə çalışan insanlarda baş verir.
Gəncliyindən boyun, çiyin əzələlərini gərginləşdirib sıxan adamlarda boyun damarları sıxılır, spazma uğrayır, sinirlər təsir görür.
Xroniki gərginlik ağsının əsas səbəbi aylarla davam edən stress və gərgin həyatdır. Gizli depressiya da bu səbəbin altında yatır.
Əgər bu ayda bir iki dəfə baş verirsə, ağrıkəsicilərlə kəsmək olar. Lakin 2 həftədən çox davam edib, 6 ay çəkirsə, bu təhlükəli simptomdur. Bura artıq əzələ, sinir iltihabı, damar problemi qoşulub.
Belə xəstələr işdə fasilə verib gəzməli, yüngül gimnastika etməli, sakitləşdirici vasitələr içməli, mütləq yaxşı yatmalı, istirahət etməli, streslə mübarizə aparmalı, psixoloq, nevroloq, psixiatr müayinəsindən keçməlidirlər.
Hansı hallarda daha təhlükəli problemdən qaynaqlanır:
- Əgər baş beyin zədə, zərbə alıbsa
- Ağrının xarakteri dəyişir, getdikcə güclənir
- Bədən hərarəti yüksəlir
- Öskürəndə, asqıranda ağrı olur
- Ağrıkəsici içsəniz də ağrı əksinə güclənir
- Ürəkbulanma, qusma, görmədə ikiləşmə yaranır
Bu zaman təcili olaraq kardioloq, nevroloq baxışı olmalı, əsas damarlar dopler, baş MRT edilməli, vacib analizlər verilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1045   Tarix: 31 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi