Bayram günlərində belə qidalanın

Bayram günlərində belə qidalanın"Yeni ildə əksər insanlar bayram süfrəsindəki bütün yeməklərdən dadmağa özlərinə icazə verirlər. Düşünürlər ki, bayram günü hər bir şey yemək olar. Yeməkləri, salatları yeyib qarışdırırlar, üstündən qazlı və spirtli içkilər içirlər, sonra da masaya şirniyyatlar və meyvələr gətirilir. Bu zaman nə baş verir? Həm insanlarda diskomfort və köp yaranır, həm də səhəri gün tərəziyə çıxdıqda görürlər ki, 3 kq çəki alıblar. Birinci məsləhətim odur ki, ayın 31-1-i səhər acqarına tərəziyə çıxsınlar, ilk növbədə çəkilərini ölçsünlər. Ən azından bu, onlar üçün bir bilgi olar, bilsinlər ki, sadəcə 1 günlük qeyri-sağlam qidalanma insanın nə qədər kökəlməsinə səbəb olur".
Milli.Az xəbər verir ki, bu sözləri tanınmış həkim-diyetoloq Şəfa Yadigarova deyib.
Onun sözlərinə görə, bayram süfrəsinə münasibət sağlamlıqda mühüm rol oynayır:
"Orqanizmi axşam saat 12-dən sonra yükləmək olmaz. Saat 18:00-19:00-da yüngül salatlardan başlayın. Axşamlar çoxu tez doyum və enerji hissi verən sadə karbohidratlarla başlayır, bunlar da birbaşa yağların toplanması ilə nəticələnir. Daim ac qalanda metabolizmin fəaliyyəti zəifləyir. Axşam sağlam və ya qeyri-sağlam yemək yeməyimizdən asılı olmayaraq, təbii ki, fizioloji olaraq ağırlıq yaradır. Əsasən də qarın, yan və çanaq hissədə piylənməyə səbəb olur.
İkincisi, şirniyyatlar, tortlar və ya meyvəli salatları bayram gününün səhəri yesəniz, daha yaxşı olar. Bunları dekabrın 31-i yağlı yeməklərdən sonra yeməmək məsləhətdir. Bu zaman köp və qaz yaranır ki, bu da insanı ağırlaşdırır, qəbizlik və ya çəki artımına da səbəb ola bilər. Ayın 1-dən sağlam qidalanmaya keçin, 2-si isə artıq normal həyat tərzinə qayıdın. Ardıcıl olaraq 4-5 gün bayram yeməkləri hazırlayıb yesəniz, nəinki 2 kq, 5-6 kq kökələ bilərsiniz. Daha sonra bu çəkini atmaq da çətin olacaq".
Diyetoloq salatları sağlam qidalarla birlikdə yeməyi tövsiyə edir:
"31 dekabr bayram süfrəsindən sonra sevdiyiniz musiqi qoyun və ya televiziyaların hazırladığı konsert proqramlarını rəqs edərək izləyin. Beləcə həm bayramı pozitiv enerji ilə qarşılayacaq, həm də artıq kaloriləri yandıracaqsınız.
Üçüncü odur ki, yeməkdən ən az yarım, ya da 1 saat əvvəl bol su için. Yanvarın 1-də də günə su içməklə başlayın. Su doyum hissi verdiyi üçün daha çox yemək istəyinin qarşısını alır". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 29 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim dəbləri reseptler geymler 2026 turşu resepti efirde soyunan aparici intim heyat gelinlikler kosmetika klitor maraqlı qızlıq pərdəsi əqrəb burcler haqqinda