Bayram günlərində qidalanma: 5 qızıl qayda - dietoloq

Bayram günlərində qidalanma: 5 qızıl qayda - dietoloqBayram günlərində yağlı və ağır qidaların, eləcə də şəkərli məhsulların həddindən artıq istehlakı həzm problemlərinə, qan şəkərinin ani yüksəlməsinə, arterial təzyiqin artmasına və çəki probleminə səbəb ola bilər. Xüsusilə paxlava, şəkərbura və qoğal kimi şirniyyatlar yüksək şəkər və yağ tərkibli olduğundan miqdarına diqqət yetirilməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Ceyhunə Yusifova Novruz bayramı günlərində qidalanma qaydalarından danışarkən bildirib.
Diyetoloqun tövsiyəsinə görə, bayram günlərində qidalanma balansını qorumaq lazımdır:
1. Kiçik porsiyalar seçilməli, hər şeydən dadılsa da, ölçü gözlənilməlidir;
2. Şəkərli qidaların miqdarı azaldılmalı, şəkərbura və paxlava məhdud miqdarda yeyilməlidir;
3. Qovurma və yağlı ət əvəzinə, sobada və ya buğda bişmiş toyuq və balığa üstünlük verilməlidir;
4. Süfrədə bol tərəvəz və göyərti olmalı, şəkərli içkilər yerinə su və ya bitki çayları seçilməlidir;
5. Ağır yeməklərdən sonra 15-20 dəqiqəlik gəzinti həzm prosesini asanlaşdırmağa kömək edir.
Novruz süfrəsində plov və dolmanı necə sağlam hazırlamaq olar?
Diyetoloqun sözlərinə görə, plov və dolma Novruz süfrəsinin ayrılmaz hissəsidir. Lakin onların daha sağlam versiyasını hazırlamaq üçün bəzi məqamlara diqqət yetirmək vacibdir:
"Plov - kərə yağını bitki yağı ilə əvəz edin. Kiçik porsiyalar yeyin və yanında bol tərəvəz və göyərti salatı qəbul edin. Əlavə yağlı souslardan çəkinin. Dolma - yağlı qiymə əvəzinə, toyuq əti və ya yağsız mal əti istifadə edin. Qızartmaq əvəzinə qaynadaraq və ya sobada bişirin. Duz miqdarına nəzarət edin, çünki çox duz suyun bədəndə toplanmasına səbəb ola bilər".
Sağlam və balanslı Novruz süfrəsi üçün nə yeməli?
"Səməni şorbası - həm ənənəvi, həm də faydalı olan bu şorba həzmi asanlaşdırır və immuniteti gücləndirir. Kəvər, şüyüd, keşniş, ispanaq və digər göyərtilər bağırsaq sağlamlığını dəstəkləyir və orqanizmi təmizləyir. Boyanmış yumurta - protein mənbəyi olaraq toxluq hissini uzun müddət qoruyur. Şəkərli desertlər əvəzinə, qoz, fındıq, badam, quru ərik və xurma daha sağlam seçimlərdir", - diyetoloq bildirib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1715   Tarix: 22 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

qaşların formalari maskalar kosmetika mehsullari əbdürrəhim bəy haqverdiyev bürclər və illər maraqli hind filmleri i̇mtahana hazırlıq kosmetika seksi novruza aid hakışda pizza xocali novruza aid hakisdalar