Bədbinlik, depressiya və ümidsizlik nədən yaranır? - Hacı Şahindən gənclərə çıxış yolu

Bədbinlik, depressiya və ümidsizlik nədən yaranır? - Hacı Şahindən gənclərə çıxış yoluÜmumdünya Səhiyyə Təşkilatı dünyada təxminən 350 milyon insanın əhval pozuqluğundan əziyyət çəkdiyini açıqlayıb. Əhval pozğunluğu isə ümidsizliyə, depressiyaya aparır.
Bəs ümidsizlikdən xilas olmaq üçün hansı addımlar atılmalıdır? Ümidsizlik və kədərdən necə qurtulaq?
Məsələ ilə bağlı Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli bakupost.az -a danışıb:
"Gəncliyin ən gözəl xüsusiyyəti ruhunun təmizliyi və kamilliyə can atmasıdır. Bəzən bu müsbət xüsusiyyətə istiqamət verilmədikdə, gənclər həyatın reallıqlarını düzgün dəyərləndirə bilmir və ümidsizliyə qapılır. Məsələ burasındadır ki, yaşadığımız dövrdə mədəniyyətin əsasında həyata materialist yanaşma oturuşub. İnsanlara hər tərəfdən maddiyyatpərəstlik təlqin olunur. İstehlak kultu isə qısa zamanda zənginləşib daha çox maddi nemətlər əldə etməyi tələb edir. Nümunəvi cəmiyyət haqda illüziyalar formalaşdırılır. Həmin illüziyalar gənclərə reallıq kimi göstərilir. Gənclər də həmin nümunələrlə özlərini müqayisə edir, onlardan geri qaldığını görür və özünəinamı itirir. Ona görə də heç zaman özünü kiminləsə müqayisə etməməlisən. Özünü olduğun kimi tanımalı, müsbət və mənfi cəhətlərini müəyyən etməli, daha sonra öz üzərində çalışmalısan. Hər kəsin fərqli istedadı var, hər kəs də o istedada uyğun uğurlu yol seçə bilər. Heç kimin bizdən daha yaxşı durumda olduğuna qeyd-şərtsiz inanmaq olmaz".
Hacı Şahin Həsənli bildirib ki, problemlər hər yerdə var, hər bir insanın problemləri də öz çəkisinə və tutumuna uyğundur:
"Məsələn, təhqiqatlar göstərir ki, zəngin ölkələrdə gənclər maddi nemətlərdən rahat istifadə edir, tez bezir və həyatdan ləzzət ala bilmir. Ona görə intihar statistikası zəngin ölkələrdə daha çoxdur. Yoxsul ölkələrdə isə az qazanc da xoşbəxtlik hissi bağışlayır, insanlar hər xırda uğuru böyük sayır, yaşamağa stimul əldə edirlər. Hər iki yol təhlükəlidir. Çünki hər ikisi də xoşbəxtliyi maddiyyatda görür. İçimizdəki mənəvi ehtiyacları kəşf etdikdə, o zaman həm maddi rifah üçün çalışar, həm də bu yolda əziyyət çəkməkdən ləzzət alarıq. Təəssüf ki, bu gün bütün dünyada qısa zamanda şöhrət və zənginlik əldə edən insanlar uğurlu və qəhrəman insanlar sayılırlar. Onların yalnız şöhrətin zirvəsində olduqları zamanlar qabardılır. Amma həmin adamların çoxunun qısa zamanda da unudulub mənəvi böhran keçirməsini heç kim təbliğ etmir. Ona görə bütün çətinliklərə sinə gərib xoşbəxt olan ilahi övliyaların nümunəsinə, Allaha aparan əbədiyyət yolununu yolçuları olan insan nümunələrinə ehtiyac var. İnsanların həyat prioritetləri dəyişməlidir".
Hacı Şahin vurğulayıb ki, maddi zənginlik üçün, istənilən uğur üçün çalışmaq lazımdır, amma bunlar həyat amalına çevrilməməlidir:
"Dediyim bu fikir sırf əxlaq nəsihəti deyil, praktiki tövsiyədir. Gənclər nəticədən çox prosesdən zövq almalıdırlar. Belə olduqda uğursuzluğu uğura, enişi yüksəlişə çevirə bilərlər. İnsan güclü potensiala sahibdir. Bu potensialı reallaşdırmaq üçün cılız maddi məqsədlərlə məhdudlaşmamalıdır. Kiçik məqsədlərə çatmaq qısamüddətli başgicəlləndirməyə səbəb olur, zaman keçdikdən sonra isə bədbinlik, depressiya və ümidsizliyə çevrilir.
Dinimiz insanı yaradılmışların üstünü hesab edir. İnsana yüksək hədəflər müəyyən edir. İnsan əbədiyyət yolunun yolçusudur, qısamüddətli dünya həyatı isə əbədi xoşbəxtliyin müqəddiməsidir. İnsan çətinliklərlə inkişaf edir, ucalır və irəliyə doğru hərəkət edir. Çətinliklər həyatın ayrılmaz hissəsidir. Onlar olmazsa, həyat cazibəsini itirər və insan durğunluq halına düşə bilər. Bu isə insanın sonu deməkdir. Həyatı çətinlikləri ilə sevmək, hər bir çətinliyi inkişaf nərdivanının pilləsinə çevirməyi bacarmaq lazımdır. Gənclərimizə bunları anladan dünyagörüşü aşılanmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1076   Tarix: 10 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 gözəllik məhsulları bürc uyğunluğu qizi ehtiraslandiran sozler ayaqların şişməsi avto qadın kosmetika novruz bayramı sekisler oglaq kəlamlar xeyanet