Bədən hərəkətinizlə sevginizi ifadə etməyin yolları

Bədən hərəkətinizlə sevginizi ifadə etməyin yollarıƏlaqənin yetmiş faizinin bədən dili ilə qurulduğunu və dediklərimizin ayrı-ayrılıqda bir mənası olmadığını hamımız bilirik. Qarşımızdakı insanın duruşundan, jestlərindən və mimikasından yola çıxaraq nə fikirləşdiyini başa düşə bilərik.

"Quasi-courtship behaviour in psychotherapy" (Psixoterapiyada sevgi davranışı) adlı məqaləsində Dr. Albert Scheflen qarşı cinsdən birinin yanına gəldikdə fizioloji dəyişikliklərin olduğunu bildirir. Scheflenə görə həyəcanlı bir qarşılaşma üçün üz və gözlərdə torbalanma azalır, sinə irəliyə çıxarkən qarın içəri çəkilir, dik duruş yaranır və insan daha gənc görünür. Bunlar əsasən fərqində olmadan etdiyimiz hərəkətlər olur.

Xanim.az sizə bəyəndiyiniz insana bədən dili ilə doğru siqnallar verməyin bəzi yollarını təqdim edir:

Qarşınızdakına doğru yaxınlaşmaq

Bir divanda oturarkən arxaya söykənmək, uzanmaq, yəni bədəninizin yanınızdakı insana tərəf dönük olmaması, onunla maraqlanmadığınız mənasını verir. Əgər aranızda məsafə varsa, həmin insana hissinizi bəlli etmək üçün danışarkən və qulaq asarkən yavaşca ona yaxınlaşa və ya başınızı azca sağa əyə bilərsiniz.

Bədəninizi o insana doğru döndərmək

Ayaqda durarkən ayaq uclarınızın göstərdiyi yer əsasən durmaq istədiyiniz yerdir. Bədəniniz qapıya tərəfdirsə tez bir zamanda çıxıb getmək istədiyiniz düşünülər. Bədəniniz qarşınızdakı insana doğru olmalı və onun etdiyi jestlərə uyğun hərəkətlərə qarşılıq verməlidir.

Söhbət edərkən gözlərə, qulaq asarkən isə dodağa baxmaq

Bir insanın gözünün içinə baxaraq danışmaq, söylədiklərinə nə qədər diqqət etdiyinizi göstərir. Qarşınızdakı insan danışarkən onun dodağına baxmaq isə bir az daha yaxın münasibətin olduğunu və ya yaxın olmaq istədiyinizi bildirir.

Qadınlarda və kişilərdə fərqli davranış jestləri

Allan Pease "Bədən dili" adlı kitabında qadınların kişilərə nəzərən daha çox flört hərəkətlərə sahib olduğunu bildirir.

Kişilərin bədən dili ilə flört etdikləri bu hərəkətlərlə bilinir:

Qalstukunu və ya yaxasını düzəltmək
Çiyinlərindən tozları təmizləmək
Əlini saçına vurmaq
Əlləri belində durmaq
Ayaqları aralı oturmaq

Qadınların flört hərəkətləri:

Saçıyla oynamaq
Geyimini düzəltmək
Kəmər, çanta ya da cibinə əlini salmaq və baş barmağını çöldə saxlamaq
Bilək içini göstərəcək formada dayanmaq
Nazla yerimək
Dodaqları tez tez islatmaq
Ayağı ayaq üstə aşıraraq oturmaq
Ayaqqabını yavaşca çıxarıb ayaq ucunda yelləmək
Ayaqları yavaşca bitişdirib ayırmaq
Çəkici rəngdə pomada çəkmək
Oturaq vəziyyətdə ya da ayaq üstə durarkən ayaqları normaldan cox açmaq.

Maraqlı     Baxılıb: 3575   Tarix: 13 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

turlar.az

makiyaj instagram qaşların formalari gelinlikler faydalı bitkilər vaginal quruluq ilk cinsi əlaqə şef master kosmetika kahfe fali novruz bayramı haxışta hüzeyir hacibəyov zəhmət cantalar