Bədəninizə çəkdiyiniz kremlər sonunuz ola bilər: Qəfildən alışır - 50 nəfər bundan ölüb
Quruluq və qaşınma əleyhinə kremlərdən istifadə edən insanlar bunun təhlükəli ola biləcəyindən xəbərsizdirlər.
Xanim.az Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu vasitələrin paltarların lifləri arasında yığılaraq alışa biləcəyini bildirib.
Ekspertlər buna görə də bu kremlərin qutularının üzərində asanlıqla alışa bilmələri haqda xəbərdarlıq yazılmasını təklif edirlər. Belə ki, bu səbəbdən 50 ölüm faktı qeydə alınıb.
Paltarların yuyulması bu işin çarəsi deyil. Çünki bu yolla kremlərin yalnız bir hissəsi təmizlənir. Təkcə kremlər deyil, tərkibində parafin olan bütün kosmetik vasitələr sağlamlıq üçün təhlükəlidir. Buna görə də mütəxəsislər siqaret çəkən insanlara ehtiyatlı olmağı məsləhət görürlər.
Onlar həmçinin bildirirlər ki, bu maddələr öz-özündən alışa bilər. Ancaq bu halın yaranması üçün bədən temperaturu kifayət etmir. Bu zaman əlavə enerji mənbəyi tələb olunur. Məsələn, müəyyən şəraitdə statik enerji nəticəsində bu cür geyimlərin alışması mümkündür.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir