Bədəninizi hamiləliyə hazırlayacaq məsləhətlər

Bədəninizi hamiləliyə hazırlayacaq məsləhətlərBədəninizi hamiləliyə hazırlayacaq məsləhətlər

Hamilə qalmaq üçün məsləhətlər
Bu bölmədə, körpənizi dünyaya gətirmək qərarını verdikdən sonra, siz və partnyorunuz üçün hamilə qalmaq şansınızı artıracaq və bədənizi hamiləliyə hazırlayacaq 10 məsləhət verilmişdir.

1. hamiləlikdən öncə sağlam pəhriz saxlayın.
Müxtəlif qidalar qəbul etmək sağlam hamiləliyə hazırlaşmaq üçün sizə lazımi qidalandırıcıları təmin edəcək. Siz və partnyorunuz gündəlik olaraq tərəvəz, meyvə, yağsız protein və taxıl növləri daxil olmaqla müxtəlif növ sağlam qidalar yeməlisiniz. Əvvəlcədən hazırlanmış və qızardılmış qidaları qəbul etməyin və şəkərin miqdarını azaldın. Hamiləlikdən öncə sağlam pəhrizin​ əhəmiyyəti haqqında burada oxuyun.

2. Sağlam çəki əldə edin.
Həddindən artıq az və ya çox çəkidə olmağınız hamilə qalma ehtimalınızı azalda bilər, buna görə də sağlam çəkiyə nail olmağa çalışın. Həddindən artıq çəkidə olmağınız, hamiləlik ərzində yüksək qan təzyiqi və şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər.

3. Hər gün 400 mkq fol turşusu əlavəsi qəbul etməklə başlayın.
Fol turşusu körpənin sinir borusu qüsuru ilə doğulmasının qarşısını alır. Sinir borusu beyinlə onurğanı birləşdirir və mayalanmadan 16-18 gün sonra formalaşmağa başlayır. Əgər normal formalaşmasa, spina bifida (ikili onurğa) kimi qüsurlar ola bilər. Fol turşusu və hamilə qalmaq haqqında ətraflı məlumatı burada oxuyun.

4. Siqaret çəkməyi dayandırın
Siqaret çəkmək hamilə qalmaq imkanlarınızı azaltmaqla yanaşı doğulmamış körpənizin sağlamlığına təhlükə yarada bilər. Siqaret çəkənlərin uşaqsalma və ya erkən doğum ehtimalları daha çoxdur və onların körpələrinin aşağı çəkidə doğulması, ani körpə ölümü sindromu (SİDS) və körpələrin ilk 6 aylıq həyatında tənəffüs problemləri yaşama təhlükəsi artır. Siqaret çəkmək, həmçinin, kişilərə də təsir edə bilər, buna görə də, partnyorunuzu da siqareti tərgitməsini təşviq edin. Dostlarınızdan və ailənizdən ətrafınızda siqaret çəkməməyi xahiş edin, çünki ikinci əl siqaret də zərərli ola bilər.

5. Spirtli içki qəbulunu məhdudlaşdırın
Əgər hamilə qalmağı planlaşdırırsınızsa, spirtli içki qəbulunu tamamilə dayandırın və ya minimuma endirin. Hamiləlik zamanı spirtli içkilər ümumiyyətlə istifadə olunmamalıdır. Həddindən artıq spirtli içkinin sperma keyfiyyətinə təsir etdiyini nəzərə alaraq, kişilər də spirtli içki qəbulunu azaltmalıdırlar.

6. Bütöv sağlamlıq müayinəsindən keçin
Məxmərək və toksaplazmoz kimi bəzi xəstəliklər hamilə qadınlar üçün xüsusilə təhlükəlidir. Buna görə də, əgər hamilə qalmağı planlaşdırırsınızsa, bunu həkiminizə bildirin ki, o sizi hamilə qalmazdan əvvəl əsas analizlərdən keçirsin. Əgər siz müntəzəm olaraq dərman qəbul edirsinizsə və ya mövcud tibbi narahatlığınız varsa, sizə əlavə qulluq lazım ola bilər. Cinsi yolla keçən xəstəliklər də hamilə qalma imkanlarınızı azalda bilər. Bu xəstəliklərdən bəzilərinin əlamətləri yoxdur. Buna görə də, təhlükə olduğunu düşünürsünüzsə analiz verməyiniz ən yaxşı üsuldur. Hamilə qalmaq qərarı verdikdən dərhal sonra məsləhət üçün həkiminizlə əlaqə saxlayın.

7. Rahat olun
Stress istəyi ciddi dərəcədə azalda bilər, bu da o deməkdir ki, siz və partnyorunuzun cinsi əlaqədə olmaq üçün əhval ruhiyəsi az olacaq. Ciddi stress, həmçinin, sperma ifrazını azalda bilər, buna görə də hər gün vaxt ayırıb istirahət edin. Sakitləşdirici masaj, bir neçə dəqiqə meditasiya və ya kitab oxuma sakitliyi qorumağa kömək edə bilər.

8. Müntəzəm olaraq cinsi əlaqədə olun
Hamilə qalmaq, hər ay əlverişli vaxtı tutmaq üçün hər iki-üç gündən bir cinsi əlaqədə olun. Gün ərzində və ya ovulyasiya ərzində hamilə qalma imkanlarınızın yüksək olmasını nəzərə alaraq, tez - tez cinsi əlaqədə olmağınızdan narahat olmayın.

9. Müntəzəm olaraq idmanla məşğul olun
Müntəzəm olaraq idmanla məşğul olma çəkini saxlamağa və stressi azaltmağa kömək edir. Formada olmaq hamiləliyin və doğuşun fiziki tələblərini yerinə yetirməyə kömək edir.

10. Dar şalvarlar geyinməyin
Bu kişilər üçün vacibdir! Ən keyfiyyətli spermanı ifraz etmək üçün, yumurtalıqların istiliyi bədən tempraturundan aşağı olmalıdır. Buna görə də, kişi məhsuldarlığını artırmaq üçün boş alt paltarları və şalvarlar geyinin, isti vanna və duş qəbul etməyin, notbukları ayaqlarınızın üstünə, mobil telefonları şalvarın qabaq ciblərinə qoymayın.

Ailə və Uşaq     Baxılıb: 2916   Tarix: 22 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

turlar.az

geyim seçimi maskalar donlar 2026 intim haqda gözəl xanım gözəl geyimlər ciyer qovurmasi kosmetika vətən haqqında atalar sözləri novruz hakıştası masqalar rus dilini oyrenek 2ci ders lakonizim