"Bəhram Bağırzadənin müalicəsi ilə bağlı avropalı mütəxəssislərlə müzakirə aparırıq"

"Bəhram Bağırzadənin müalicəsi ilə bağlı avropalı mütəxəssislərlə müzakirə aparırıq"Bəhram Bağırzadənin vəziyyəti hazırda stabildir.
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının "Elmi Təcrübi və Tədris Mərkəzi"nin rəisi Rəşad Mahmudov deyib.
R.Mahmudov B.Bağırzadəyə ağciyər köçürülməsinin zəruriliyi, eləcə də müalicə üçün xaricə göndərilə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.
"Hələ ki, agciyər tranplantasiyasından söhbət gedə bilməz. Hər hansı ölkəyə transferi də gündəmdə deyil. Davamlı olaraq İtaliya başda olmaqla, avropalı mütəxəssislərlə müzakirə aparırıq", - R. Mahmudov qeyd edib.
O, bununla belə, Əməkdar artistin kritik ağır vəziyyətinin hansı yönə gedəcəyi ilə əlaqəli məsələ haqda fikir söyləməyin hələ tez olduğunu bildirib.
R.Mahmudov B.Bağırzadənin EKMO altında intensiv müalicəsinin davam etdiyini deyib.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1110   Tarix: 15 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ

"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir. xəbər verir ki, bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qey

.

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyi

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

.

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir

Yara və çapıq izləri bir çox insan üçün həm estetik, həm də psixoloji narahatlıq mənbəyidir. Xüsusilə üz və əllər kimi görünən nahiyələrdə olan bu izlər gündəlik sosial həyatda özünəinamı azalda bilir. . xəbər verir ki, bahal

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

Xərçəng halları niyə atır? - SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir. . xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çola

turlar.az

geyim və ayaqqabılar reseptler gözəllik məhsulları hiperaktiv usaqlarin mualicesi cinsi infeksiyalar qadin dunyasi.az arıqlama pəhriz kosmetika suni mayalanma usaq seirleri itburnu həmidə pizza