Bəhram Bağırzadənin qoşulduğu ECMO aparatı nədir?

Bəhram Bağırzadənin qoşulduğu ECMO aparatı nədir?Xəbər verdiyimiz kimi, hazırda Mərkəzi Gömrük Hospitalında koronavirusla mübarizə aparan Əməkdar artist Bəhram Bağırzadə Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.
Ötən gün Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev "Qafqazinfo"ya açıqlamasında bildirmişdi ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün Həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Həkim, eyni zamanda, Azərbaycanda koronaviruslu xəstələrə ECMO aparatının ilk dəfə Bəhram Bağırzadədə istifadə edildiyini bildirib.
Bu məqamda ECMO aparatı ilə bağlı məlumatları təqdim edirik:
İlk uğurlu ECMO 1971-ci ildə həkimlər J.Donald Hill və Maury Bramson tərəfindən Kaliforniyada tətbiq olunub. Mexaniki qan dövranı dəstək sistemlərindən biri olan ECMO istifadəsi texnologiyadakı inkişaf və istifadə təcrübəsində təkmilləşmə ilə birlikdə son illərdə ciddi inkişaf yolu keçib.
ECMO aparatı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə, qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur.
Texniki olaraq qan venoz qan dövranından orqanizmin xaricinə çəkilir və oksigen artırılıb karbon-dioksid azaldılaraq, təkrar ya venoz qan dövranına, ya da arterial sistemə geri verilir. İşləmə prinsipi olaraq açıq ürək əməliyyatlarında gündəlik istifadə olunan süni ağciyər-ürək aparatının fərqli modifikasiyasıdır.
Bəhram Bağırzadənin qoşulduğu ECMO aparatı nədir?Venoarterial (VA) ECMO, həm oksigenverici, həm də qan dövranına mexaniki dəstək məqsədilə ürək və ağciyər çatışmazlığının birlikdə olduğu vəziyyətlərdə istifadə edilir. Venovenoz (VV) ECMO isə sadəcə, ağciyər çatışmazlığı olan vəziyyətlərdə oksigen alış-verişinə dəstək məqsədilə istifadə olunur. Qan venoz sistemdən çəkilib təmizləndikdən sonra təkrar venoz sistemə verilir.
Ümumiyyətlə, ECMO-nun istifadəsində fizioloji olaraq məqsəd toxumalarda normal oksigen dövranını tənzimləmək və ağciyərlər istirahət edərkən karbon-dioksidi uzaqlaşdıraraq normal aerobik metabolizmaya şərait yaratmaqdır.
İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır.
Bəhram Bağırzadənin qoşulduğu ECMO aparatı nədir?Hemofiltirasiya, ciddi ürək çatmazlığı olan (kardiomiopatiya) xəstəyə ECMO qoşularaq xarici ölkəyə transferi, qaraciyər çatışmazlığında MARS (Molekulyar absorban resirkulyasyon sistem) və ya qaraciyər dializi proseduru həyata keçirmək mümkündür.
Yaponiyada yeni koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub. Bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib.
Onu da qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov "musavat.com"a açıqlamasında bildirib ki, ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. O, həmçinin sözügedən aparatların qiymətinin 6 milyon dollar olduğunu açıqlayıb. /open.az

Şou Biznes     Baxılıb: 1856   Tarix: 16 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

turlar.az

toy makiyajlari kosmetik vasiteler həkim məsləhəti aybaşı bal şəfadı gil maskalari veten haqqinda atalar sozleri kosmetika sekisler maska novruz bayramina aid hakisdalar novruz hakistalari rus dili 2ci ders