Bel tabesi

Bel tabesiBu sifilisin gecikmiş,dördüncü forması hesab edilir.Sifilisin bu formasına nadir hallarda təsadüf edilir.Bel tabesi adətən infeksiyaya yoluxmadan 15-25 il sonra inkişaf edir.Xəstəlik zamanı makroskopiyada onurğa beyinin arxa kanalları və arxa köklərinin atrofiyası aşkar edilir.Baxış zamanı onurğa beyinin yumşaq qişası qalınlaşmış,tutqun olur.Bu zaman onurğanın keçirici yollarında,arxa köklərdə,arxa buynuz hissələrdə degenerativ dəyişikliklər aşkar edilir.Bel tabesində onurğa beyinin yumşaq qişasının iltihabi dəyişiklikləri onun arxa hissəsində yerləşir.Müayinə zamanı bəzi kəllə sinirlərinin də zədələndiyi aşkar edilir.
Xəstəliyin əsas əlamətlərindən biri hissiyyat pozulmalarıdır.Bel tabesinin əlamətləri aşağıdakılardır:
- seqmentar paresteziya
- hipeteziya
- hiperesteziya
- ağrı
Xəstəlik zamanı ağrılar atıcı,nüfuzedici xarakterli olub,aşağı ətraflarda lokallaşır,qəfildən peyda olur və paroksizmal şəkildə gedir.Bu zaman vətər refleksləri zəifləyir,bir müddət sonra isə itir.
Bel tabesi zamanı trofiki pozulmalar baş verir və xəstələrdə aşağıdakı dəyişikliklər meydana çıxır:
- kəskin arıqlama
- dərinin nazikləşməsi
- pəncənin deşilən yarası
- ağrısız atrofiyalar
- saçların tökülməsi
- dişlərin tökülməsi
Xəstəliyə diaqnozun qoyulmasında atıcı ağrılar,bəbək pozulmaları.Xəstəlik az simptomlu,uzun gedişə malik olduğu üçün diaqnozun qoyulması çətinlik törətsə də müayinə zamanı Vasserman,STİR və İFR reaksiyalarının müsbət göstəricisi diaqnozun təsdiqlənməsində mühüm rol oynayır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1254   Tarix: 13 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

adlarin menasi kosmetoloq maskalar necə tez arıqlayım pirojna reseptləri qadın müdafiəsi xiyar tursusu kosmetika badambura sağlamlığa aid atalar sözləri burclerin uyumu kahfe kali maya maskasi