Bəlkə, allergiyadır: zəhlətökən simptomların izi ilə

Bəlkə, allergiyadır: zəhlətökən simptomların izi iləBəzən insanlar illərlə hansısa xəstəliyi müalicə edirlər. Sonra isə məlum olur ki, sən demə, bu, allergiya imiş. Əsasən yaz aylarında daha çox rast gəlinən allergik əlamətlər haqda Sputnik Azərbaycan-ın materialında.
Müxtəlif yaş qruplarından olan insanlar arasında ən çox rast gəlinən immunopatoloji xəstəliklərdən biridir. Orqanizmin müəyyən maddələrə qarşı yüksək həssaslığı çox geniş anlayışdır. Bura xarici və daxili mühit faktorlarının (endo və ekzo allergenlər) təsiri altında baş verən müxtəlif pozğunluqlar daxildir ki, bu proses də insan hüceyrələrinin, toxumalarının, orqanlarının quruluşunu zədələyən, fəaliyyətini pozan autoantikorların ifrazı ilə müşayiət olunur.
Allergik xəstəliklərin növləri
Klinik praktikada indiyə kimi elmə məlum olan bütün allergik xəstəliklər bir neçə növə ayrılır: 
Respirator (tənəffüs) allergiyalar.
Bu qrupa mövsümi və ilboyu davam edən allergik rinitlər, rinosinuzit, traxeobronxit və respirator allergiyaların ən ağır növü hesab olunan bronxial astma daxildir.
Kontakt allergiyaları (dəri formaları). Bu qrupa qaşınma və səpkilərlə müşayiət olunan övrə xəstəliyi, Kvink ödəmi (dəri, dərialtı toxuma və selikli qişanı zədələyən allergik xəstəlik), atopik dermatit və ekzema aid edilir.
Qida allergiyaları. Özündə müxtəlif klinik təzahürləri əhatə edir: həzm sistemi, dəri və tənəffüs orqanlarının təcrid olunmuş və ya birgə zədələnmələri.
Həşərat allergiyası. Bu allergik reaksiya həşərat dişləməsi və ya tullantı məhsulları ilə təmas nəticəsində ortaya çıxır.
İnfeksion allergiyalar. Onların yaranmasının səbəbi patogen xüsusiyyətlərə malik bakteriya, virus və göbələklərdir (vərəm, brusellyoz, qarayara, sifilis, süzənək və s. xəstəliklərin törədiciləri).
Dərman allergiyaları. Bu, dərman preparatlarına qarşı həssaslıqdır.
Anafilaktik şok. Allergen maddənin (dərman preparatları, böcək zəhərləri, qan preparatları, məişət-kimya məhsulları və s.) təkrar orqanizmə düşməsi nəticəsində yaranan allergik reaksiyanın ən ağır formasıdır. 
Allergiyanın simptomları
Əgər immun sisteminin işində problem yaranarsa və allergiya baş verərsə, patoloji vəziyyətin simptomları allergen maddənin növündən və iltihabın yerindən asılı olaraq dəyişir.
Respirator allergiyanın əlamətləri:
-       burunda qaşınma
-       asqırma
-       burun axması
-       gözlərin yaşarması
Bəzi hallarda pasiyentlərdə güclü öskürək və ciyərlərdə xışıltı yaranır, nəfəs alma çətinləşir, hətta bəzən boğulma da baş verir.
Dermatozun (dəri allergiyası) əlamətləri:
-       dərinin qızarması
-       müxtəlif formalı səpkilər
-       qaşınma və qabıqlanma
Enteropatiyanın (qida və ya dərman qəbulu nəticəsində yaranan allergiyalar) əlamətləri
-       ürəkbulanma
-       qəbizlik və ya ishal
-       ağız boşluğunun selikli qişasının şişməsi
Allergik konyunktivitin əlamətləri:
-       gözlərdə qızartı ilə müşayiət olunan qaşınma və yanma
-       gözlərin şişməsi və yaşarması
Anafilaktik şokun əlamətləri:
-       nəfəsalmanın çətinləşməsi
-       bədənin ləkə şəklində səpkilərlə örtülməsi
-       nəfəs darlığı
-       özündəngetmə
-       qıcolma
-       qeyri-iradı sidik və nəcis ifrazı
-       Bronxlarda spazma.
Xüsusi ağır formalarda xəstə komaya da düşə bilər. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir. Anafilaktik şokun klinikası çox sürətlə - allergen maddə ilə kontaktdan sonrakı 2-20 dəqiqə ərzində baş verir.
Allergik xəstəliklərin diaqnostikası
Allergiyaların spesifik diaqnostikası özündə ehtiva edir:
-       allergik tarixçənin toplanmasını;
-       qanda antikor miqdarının ölçülməsini;
-       dəri testini;
-       prick-testləri (allergen maddənin 1 mm dərinliyinə kimi dəri altına inyeksiya olunması);
-       skarifikasiya testlərini (allergen maddə çiyin, kürək, bazuya tətbiq olunur, bundan sonra allergen maddənin bədənə daxil olması üçün həmin yerlər cızılır);
-       applikasiya testlərini (fotoallergik reaksiyalar və kontakt allergik dermatit şübhəsi olduğu vaxt istifadə edilir. Cildə az miqdarda allergen tətbiq olunur, bundan sonra müayinə ediləcək hissə 24-72 saat ərzində sarğıda qalır);
-       provokativ testləri (ən çox qida allergiyası üçün istifadə olunur. Pasiyentin həkimin ciddi nəzarəti altında allergiya yaratdığı təxmin olunan maddə ilə təması həyata keçirilir);
-       ümumi klinik metodikanı.
Bu tədqiqatlar allergiyanın səbəbini müəyyənləşdirmək, allergiya yaradan maddəni təyin etmək və orqanizmin immunoloji reaktivliyini (bədənin qoruyucu funksiyalar nümayiş etdirməsi və antigen təsirinə qarşı xüsusi cavab reaksiyası) qiymətləndirmək üçün təyin edilir.
Allergiyanın müalicəsi və profilaktikası
Bütün lazımi analizlər aparılandan və diaqnoz təsdiqlənəndən sonra xəstəyə fərdi müalicə təyin edilir. Bu proses allerqoloqun ciddi nəzarəti altında gedir və dərman müalicəsi, ekstrakorporal hemokreksiya (qanın antigenlərdən və antikorlardan təmizlənməsi) və allergen-spesifik immunoterapiyanı əhatə edə bilər.
Xəstəliyin daha da inkişaf etməsinin qarşısını almaq üçün pasiyent allergiya yaradan maddələrlə təmasdan qaçınmalı və simptomların artmasının qarşısını alan bütün şərtlərə əməl etməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1797   Tarix: 11 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qis geyimləri 2026 aksessuarlar yemek reseptleri hicab baglamaq müsabiqələr qadın sonsuzluğu 2026 geyimi kosmetika balıq qoğalın nağlı ağır itki porno banan