Beyin şişlərinin ƏLAMƏTLƏRİ: nələrə diqqət olunmalıdır? - VİDEO

Beyin şişlərinin ƏLAMƏTLƏRİ: nələrə diqqət olunmalıdır? - VİDEO"Beyində xoşxassəli şişlərə daha çox rast gəlinir və onların müalicəsi daha səmərəli nəticələr verir".

Ailem.az-ın məlumatına görə, bunu APA TV-nin "Öncə sağlıq" proqramında neyrocərrah, tibb üzrə fəlsəfə doktoru Əli Ələkbərov deyib.

Neyrocərrah bildirib ki, beyin şişləri quruluşuna görə xoşxassəli və bədxassəli şişlərə bölünür: "Xoşxassəli şişlər beynin əsasən qan damarlarında, beyin örtüklərində inkişaf edir. Bəzi şişlər isə anadangəlmə ola bilər. Bunlar da əsasən xoşxassəli şişlərə aiddir".

Cərrahın sözlərinə görə, xoşxassəli şişlər müəyyən ölçüyə çatana və ətrafını qıcıqlandırana qədər əlamət göstəricisinə malik olmur, buna görə də həkimə gec müraciət edilir, diaqnoz gec qoyulur. Beyin şişlərinin əlamətləri barədə danışan mütəxəssis bu kimi hallarda xəstənin sağ və sol qolunda ifliclərin əmələ gəlməsi, görmə, eşitmə qabiliyyətinin zəifləməsi, ümumi zəiflik, başgicəllənmə, qusma və bir çox başqa halları qeyd edib.

Neyrocərrahın sözlərinə görə, bədxassəli beyin şişləri digər orqanlara metastaz vermir. Amma digər orqanlarda olan bədxassəli şişlər beyinə yayıla bilir. Beyinə ən çox metastaz verən isə ağciyər şişləridir: "Qadınlarda yumurtalıq, kişilərdə prostat vəzinin şişləri də həm onurğa beyni, həm də baş beyinə metastaz verə bilir. Beyində olan birinci növ bədxassəli şişlər başqa orqanlara metastaz vermir".

Ə.Ələkbərov deyib ki, beyin şişlərinə daha çox 40 yaşdan sonra rast gəlinir.

Hipofiz vəzinin şişlərindən danışan neyrocərrahın sözlərinə görə, bu vəz çox kiçik olmasına baxmayaraq, orqanizmin hormonal sistemini idarə etdiyindən onda olan şişər çoxlu sayda dəyişikliklərə səbəb olur: "Hipofiz vəzinin şişləri nəticəsində orqanizmdə bir çox pozğunluqlar, eləcə də orqanların böyüməsi baş verir. Bu zaman əl, ayaqların, sifətin, burunun, qulaqların, çənənin, daxili orqanların, eləcə də ürəyin böyüməsi qeydə alınır. Hipofiz şişləri sonsuzluğun da yaranmasına səbəb olur.

Mütəxəssis deyib ki, piylənmə, boyunun arxasında piy qatının yaranması, saç tökülməsi, xoruldama hipofiz vəzinin şişlərinin əlaməti də ola bilər.

Mütəxəssis beyin şişlərinin dəqiq yaranma səbəblərinin məlum olmadığını bildirsə də, şişlərin yaranmasında bir çox risk faktorlarını açıqlayıb.

Verilişi tam şəkildə aşağıdakı videodan izləyə bilərsiniz.

Sağlamlıq     Baxılıb: 3239   Tarix: 09 noyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri kosmetoloq milli geyimlər hakıştalar hakişta 2026 un geyimleri kosmetika vətən haqqında bayatılar porno rəksanə ağır itki vusale elizade