Beyin təhlükədədir! Bu simptomlara laqeyd yanaşmayın

Beyin təhlükədədir! Bu simptomlara laqeyd yanaşmayınBəzi bizə adi görünən simptomlar ciddi beyin xəstəliklərinə işarə edə bilər. Bu simptomları bilmək və onlar meydana çıxdıqda vaxtında həkimə müraciət etmək çox vacibdir.
Bununla siz nəinki sağlamlığınızı, bəzən hətta həyatınızı qoruya bilərsiniz.
1. Tez-tez təkrarlanan baş ağrıları. Bu ən yayılmış şikayətdir. Bəzi insanlar baş ağrılarına alışır və onları ciddi simptom kimi hesab etmir. Lakin bu çox təhlükəli yanılmadır. Tez-tez təkrarlanan baş ağrıları beyin damarlarının patologiyalarına, şişlərə, insultun yaxınlaşmasına işarə edə bilər. Bu səbəbdən baş ağrıları sizi tez-tez narahat edərsə, mütləq həkimə müraciət edin.
2. Əhval-ruhiyyənin səbəbsiz dəyişilməsi. Bu simptom da beyin xəstəlikləri ilə bağlı ola bilər. Bu ruhi xəstəliklərin, Alsheymer xəstəliyinin, dağılmış sklerozun, beyin şişlərinin və bir çox digər beyin patologiyalarının simptomu ola bilər.
3. Yaddaşın, diqqətin pozulması, zehnin zəifləməsi. Bu simptom Alsheymer xəstəliyi, dağılmış skleroz, beyin damarları patologiyaları, şişlər, ruhi xəstəliklər zamanı meydana çıxa bilər.
4. Davranışın və şəxsiyyətin pozulması. Bu ruhi xəstəliklərin, qocalıq demensiyasının (ağıl zəifliyi), Alsheymer və Parkinson xəstəlikləri, damar patologiyaları.
5. İybilmənin, dadbilmənin, görmənin, müvazinətin pozulması. Bu pozulmalar beyin şişləri zamanı mümkündür. Şiş beyinin müəyyən hissəsini sıxır ki, bu da müxtəlif pozulmalara səbəb olur. Həmçinin bunun səbəbi travma, infeksiya da ola bilər.
6. Qıcolmalar. Bu simptomun əsas səbəblərindən biri epilepsiya xəstəliyidir. Digər səbəblər arasında -   beyin intoksikasiyaları, psixi pozulmalar, bəzi vacib maddələrin çatışmamazlığı, ağır susuzlaşma, istivurma, beyin şişləri ola bilər.
7. Bədənin hər hansı hissəsinin keyiməsi. Bunun səbələri arasında: insult, beyin şişləri, travmalar ola bilər.
8. Bayılma (özündən getmə). Bunun səbəbi beyin şişləri, beyin damarlarının aterosklerozu, mikroinsult, nevroz ola bilər.
9. Ürəkbulanması. Bu simptom bir çox beyin patologiyaları zamanı meydana çıxır. Bunun səbəbləri arasında: ensefalit, damar patologiyaları, beyin şişləri, psixi pozulmalar ola bilər.
10. Yuxu pozulmaları. Nevroz, nevrasteniya, psixi pozulmalar, intoksikasiyalar, damar patologiyaları zamanı mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1037   Tarix: 09 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 gözəllik məhsulları bürc uyğunluğu qizi ehtiraslandiran sozler ayaqların şişməsi avto qadın kosmetika novruz bayramı sekisler oglaq kəlamlar xeyanet