Beyində dostla düşməni dərhal ayırd edən funksiya var - Biz onu işlədə bilmirik
Alimlər insan beyninin ani olaraq dərhal qarşındakı insanın dost və ya düşmən, yaxşı və ya pis olduğunu təyin edən bilən xüsusi funksiyası olduğunu aşkarlayıblar.
Bu beynin müdafiə və sağalmaq uğrunda öncədən proqramlaşdırılmış qabiliyyətidir. İlk dəfə gördüyü adamın üzündəki emosiyaları neyron birləşmə şəbəkəsi ayırd edərək, siqnalı beyinə ötürür.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Avstraliya universitetinin bir qrup alimi yeni elmi tədqiqatlarının nəticəsini dərc ediblər.
Onlar MRT vasitəsilə müxtəlif regionlardan olan müxtəlif yaşda 46 sağlam kişinin beyin neyronlarının aktivliyini izləyiblər.
İştirakçılara bu zaman müxtəlif neqativ və pozitiv insanların fotolarını göstəriblər.
Məlum olub ki, qarşındakı insanın düşmən olduğunu ayırd edən şəbəkə Stria terminalis adlı sinir hüceyrələri topasıdır. Məhz bu topanın yerləşdiyi hissə qarşındakı adamın simasından təhlükə gəldiyini fiksə edir.
Alimlər hesab edir ki, bu şəbəkənin işi pozula bilər. Psixoz, nevroz, depressiyada olan insanlar ətrafdan gələn təhlükəni düzgün qavramır, əksinə təhlükə olmasa belə onu hiss edir. Travmadan sonra, yüksək təşviş pozuntusu olan insanlarda da bu sistem düzgün işləməyə bilər.
Ona görə həmin adamlar ətrafdakı bir çox insanlara inanmır, güvənmir, dostlarını da düşmən kimi qəbul edir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir