"Bəzən biz ondan qaçır, bəzən isə..." - Sevda nişanlısı ilə
"Sevgi nəyə deyirsən sən? Hər kəs bu sözün mənasını özünəməxsus şəkildə dərk edir. Kimsə onu arzulayır, kimsə inkar edir... Amma bunlara baxmayaraq hamı məhz onun axtarışındadır. İnsan onsuz yaşaya bilmir. Bəzən biz ondan qaçır, bəzən isə qəbul etmirik".
Open.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva sosial şəbəkədə yazıb. Nişanlısı Zakir Bayramovla ilk dəfə birlikdə foto paylaşan sənətçi sevgi ilə bağlı fikirlərini qeyd edib:
"Məncə sevgi bir insanın başqa birinə hiss etdikləridir. Bunu sözlərlə ifadə etmək olmur. İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir. Sanki sən yenə qanadlanmış və dağları belə yarmağa hazırsan. Lakin sevgi yalnız bu deyil... Bu həmçinin qayğı, dözüm, qarşılıqlı anlamaq, sevinc və hətta kədərdir. Sevginin mahiyyəti sevdiyini olduğu kimi, yəni bütün mənfi və müsbətləri ilə qəbul etməkdir.
Görünür ki, sevgi bir sirrdir və bu sirri heç kim hələ çözə bilməyib. Bunu mən belə anlayıram - sevgi biganəlik deyil. Sən bu istini, sevinci hiss etdikdə anlayırsan ki, onunla keçən hər saniyə boş itirilmiş zaman deyil. Sən ona yaxşılıq və hər zaman xoşbəxtlik arzulayırsan, kömək etmək istəyirsən - mən buna sevgi deyirəm".










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür