Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?

Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?Alimlər dünyanı bürümüş və artıq 360 minə yaxın insanın həyatına son qoymuş COVİD-19 virusunun daha bir təhlükəli effektini araşdırırlar. Məlum olub ki, koronavirus insanın iri qan damarlarında tromb yaranmasına səbəb olur və həmin tromb bəzi koronavirus xəstələrinin qəfildən ölməsinin əsas səbəbidir.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, dünyanın bir çox ölkələrində, o cümlədən Çinin Uhan şəhərində, Braziliyada, Ekvadorda insanların koronavirusdan küçənin ortasında qəfildən yıxılıb ölməsi görüntüləri hamıya tanışdır. Və Həkimlər bu anomaliyanın səbəblərini araşdırmağa çalışarkən məlum olmuşdu ki, virus beyini iflic edə və nəticədə qəfil ölümə səbəb ola bilər. Digər səbəb isə ağ ciyərlərin pnevmoniyası nəticəsində insanın boğulub ölməsidir. İndi isə məlum olur ki, koronavirusdan qəfil ölümlərdən biri də damarlarda tromb yaranmasıdır.
Niderland və Fransada həkimlərin apardıqları araşdırmalardan sonra koronavirus pnevmoniyası ilə xəstələnən az qala hər iki nəfərdən birinin trombotik fəsadlarla qarşılaşdığını müəyyən edib. Praktikada isə həkimlər daha qorxunc rəqəmlər səsləndirirlər. "Bir çox araşdırmalar var. Onlardan bəziləri buna dəlalət edir ki, ağır koronavirus xəstələrinin 70 faizindən çoxunda tromblar inkişaf edir",-Londondakı Kings College Hospital klinikasından professor Rupin Ariya deyib.
Fransa kardioloqları isə bu günlərdə JAMA Open Network jurnalında dərc edilən araşdırmada venaların trombunun xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin azı 65 faizində aşkarlandığını bildiriblər. Mütəxəssislər qeyd edirlər ki, tromboz cəmi iki gün ərzində yarana və qəfil ölümə səbəb ola bilər. Məhz tromboz bir çox pasiyentlərdə hissiyatın itməsinin, həzm sisteminin pozulmasının və qan-damar sisteminin işində problem yaranmasının əsas səbəbidir. Digər mürəkkəbləşmələr kimi tromblar da insanın immun sisteminin koronavirusa ifrat reaksiyası nəticəsində inkişaf edir. Həkim-gematoloqlar deyirlər ki, əvvəllər heç vaxt belə halla rastlaşmayıblar.
"Adətən trombların yaranması insan orqanizminin kiçik zədələrə qarşı cavab reaksiyasıdır, amma həmin reaksiya COVİD-19 xəstələrinin əksəriyyətində ifrat ölçüdədir. Və tromboz təkcə iri və kiçik qan damarlarında yaranmır. Bir çox pasiyentlərdə ən kiçik qan damarlarında da tromb yaranır. Bu, xüsusən ağ ciyərlərin kapilliyarlarına aiddir, amma digər orqanları-ürəyi, böyrəkləri, bağırsaqları da əhatə edir",-profssor Rupina Ariya bildirir.
Bir çox xəstələrdə tromboz çox sürətlə inkişaf edir. Ayaq venalarında qatılaşmış qan kütlələri yaranır, tromboflebitə səbəb olur. Baş beyin damarlarında yaranan tromblar insulta gətirib çıxarır. Ürək koronar qan-damar sistemində yaranan tromblar infarkta səbəb olur.  Ağ ciyərlərdə arteriyaların tromboemboliyasına gətirib çıxarır.
"Heyrətamizdir ki, biz COVİD-19 xəstələrində tromb yaranmasının nə qədər çox təzahürlərini müşahidə edirik. Və daha da təəcüblüsü budur ki, onlar gənc pasiyentlərdə yaranır. Bütün bunlar ilkin zədələnmələrinin yoxluğu şəraitində baş verir", -Harvard universiteti yanında Harvard Medical School tibb mərkəzinin hemotologiya professoru Robert Flomenhaft deyir.
Hazırda ABŞ-da koronavirus xəstələrinə qanın durulaşmasına kömək edən pereparatlar verirlər. Lakin bu dərmanlar da qansızma riskini artırır, ona görə də həkimlər ehtiyatlı olmağa çalışırlar. Bir tərəfdən qanın laxtalanmasının qarşısını almaq lazımdır, digər tərəfdən qansızmaya yol vermək olmaz.
"Nature" jurnalında dərc edilmiş araşdırmada isə deyilir ki, tromblar koronavirus xəstələrinin uzun müddət süni tənəffüs aparatına qoşulu qalmasının səbəblərindən biridir. Çünki orqanizmə süni tənəffüslə verilən oksigen çoxsaylı tromblara görə çətinliklə qanın tərkibinə keçir. "Bir çox ölən pasiyentlərin yarılması zamanı biz qan damarlarında tromblar aşkar etmişik, amma əhatəli pnevmoniya üçün xarakterik olan digər patalogiyalar olmayıb. Klinik mənzərə başqa idi: iltihab, qan damarlarının dağılması azdır, amma olduqca çox tromblar var",-professor Lourens bildirib.
Həkimlər bu qənaətə gəliblər ki, məhz trombların yaranması COVİD-19 xəstələrinin qəfil ölümlərinin, habelə onların vəziyyətinin qəfildən və kəskin pisləşməsinin əsas səbəbidir. Koronavirusa qarşı hazırda heç bir dərman olmadığına görə alimlər qarşısında dayanan vəzifə kimin tromb yaranmasına qarşı ən çox həssas olduğunu aşkarlamaqdır. Lakin fakt budur ki, virusa yoluxanların 70 faizə yaxınında tromblar yaranır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1169   Tarix: 14 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun