Bəzi xəstəliklər zamanı ilk tibbi yardım

Bəzi xəstəliklər zamanı ilk tibbi yardım1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına düşüb buynuz qişanı zədələyə bilər. Buna görə də çalışıb ondan tez xilas olmaq lazımdır. Yad cisim adi qum və ya kül dənəciyi ola bilir və insanda narahatçılıq hissi yaradır. Gözə yad cisim düşdükdə ovuşdurmaq olmaz, çünki buynuz qişa zədələnə bilər. Gözdən yad cismi cıxarmaq üçün aşağı və ya yuxarı göz qapağını qabağa doğru dartır, suda islanmış təmiz yaylığın ucu ilə çıxardırlar.
Əgər bu da kömək eləmirsə, dərin qaba su töküb gözü suyun içində bir-neçə dəfə açıb yumaq lazımdır.
2. Gün vurması zamanı xəstədə baş ağrıları, ürəkbulanma, qarında ağrılar və huşun itməsi baş verir. İlk yardım məqsədilə xəstəni sərin yerdə uzatmaq və təmiz havaya çıxarmaq, onu soyundurub nəm mələfəyə bükmək, başına buz və ya soyuq kompres qoymaq, buzlu içkilər vermək lazımdır.
3. Günəş yanıqları əmələ gəlməsin deyə dəriyə badam, qoz və ya şit yağ sürtmək lazımdır. Xalq arasında günəş yanıqları zamanı dəriyə xiyar suyu və ya qatıq sürtülür.
4. İldırım vurması zamanı xəstəyə təcili süni tənəffüs vermək və naşatır spirti iylətmək lazımdır. Xəstə təcili həkimə çatdırılmalıdır.
5. Qida zəhərlənmələri zamanı xəstəni təcili qusdurmaq lazımdır. Mütləq həkimə müraciət etmək lazımdır.
6. Oynaqların gərilməsi zamanı oynaqlarda ağrı, şişkinlik, hərəkətin çətinləşməsi baş verir. Gərginlik hiss olunan yerə sarğı qoyulub həkimə müraciət etmək lazımdır.
7. Sınıq və çıxıq şübhəsi olduqda həmin hissədə siddətli ağrılar olur və xəstə həmin nahiyyəni hərəkət etdirə bilmir. Bu zaman sınıq şübhəsi olan hissəni tərpənməz hala gətirib, xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır.
8. Ürək -damar xəstəliklərinin əlamətləri təngnəfəslik, taxikardiya, sifətin göyərməsi, soyuq tər və sairədir. Bu zaman xəstəyə sakitlik vermək lazımdır. Onu yatağa uzatmalı başının altını isə hündür etmək lazımdır. Xəstənin üzünə və döşünə soyuq su çiləyir, pışikotu dəmləməsi və ya korvolol vermək olar. Xəstəni vəziyyətdən çıxardıqdan sonra mütləq həkimə müraciət edilməlidir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1049   Tarix: 08 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

hamiləlik qadin dunyasi kosmetoloq dərmanlar idmandan sonra ne yemek lazimdi gün vurmanın əlamətləri lasyon hazirlanmasi kosmetika hesaplama saglam qidalanma novruz bayramına aid hakışta novruz hakista sac modelleri