Bezlər uşaqların cinsi inkişafına təsir edir?

Bezlər uşaqların cinsi inkişafına təsir edir?Əvvəllər "uşaq bezləri" deyə bir anlayış olmadığından onun yerinə parça istifadə edirdilər. Amma indi başqa vəziyyət yaranıb. İndiki analar can rahatlığına görə, uşaq bezlərindən istifadə edir, nənələr isə buna qarşı çıxır. Onlar uşaq bezlərindən istifadə etməyimizi istəmirlər.

Düzdü, qadınlarımız üçün uşağı bezlə bağlamaq can rahatlığıdır, amma bəzi hallarda əks təsirləri də ola bilir.

Məsələn bir izləyicimiz bizə yazıb ki, bilmirəm, bez köhnəymiş ya, nəsə başqa bir şey: "Bir onu bilirəm ki, uşağın ayağının arası səpib. Bu onun köhnə olmağınımı yoxsa bezlərdən düzgün istifadə etməməyimizinmi işarəsidir?"

Araşdıraq:

İlk bezlər heç də indikilər kimi keyfiyyətli olmadı, onların uğursuz tərkibi (içinə taxta kəpəyi doldurulurdu) yalnız paltarı təmiz saxlayırdı. Uşağın dərisini nəmişlikdən nəinki qorumur, əksinə, həddən artıq nəmişliyə səbəb olurdu. İllər keçdikcə bez istehsalçıları məqsədə nail oldular. İndi bezlər daha nazik və daha "havalı" materiallardan hazırlanır, xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə quru qalır.

Beləliklə, bezlər körpənin dərisini nəmişlikdən, nəmişlik nəticəsində yaranan müxtəlif xəstəliklərdən qoruyur. Bezlərin çəkisi günü-gündən azalır (bir bezin çəkisi orta hesabla 50 q-dır). Uşaqlara, eləcə də analara bəxş etdiyi rahatlıq isə müqayisəolunmazdır.

Amma bütün bu deyilənlər və yazılanlar bez barədə narahatlığa nöqtə qoymayıb. Bu sual çox anaları maraqlandırır:

Əlbəttə, əgər siz uşağı bezdə saatlarla saxlayırsınızsa, ona ziyan edirsiniz. Axı bezlər yalnız mayeni içinə çəkir, nəcisin qatı hissəsi uşağın dərisi ilə bezin arasında qalıb, onu narahat edə bilər. Həm də bezlər bir neçə saat üçün nəzərdə tutulub.

Uşaq bir neçə dəfə işəyəndən sonra bez şişib, onu sıxmağa başlayar. Odur ki, istənilən bezi 3, uzağı 5 saatdan bir dəyişmək lazımdır. (Amma bez nəmdirsə, dəyişdirilməlidir, quru bezi dəyişməyə ehtiyac yoxdur).

Bundan başqa, uşağı, xüsusilə də oğlan uşağını bütün gün bezdə saxlamaq olmaz. Paltarını dəyişərkən, körpəni azacıq çılpaq qoymaq lazımdır.

Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi üçün faydalıdır və ilk bezlər kimi parnik effekti yaratmır. Ancaq elə bezlər var ki, uşaqda allergiyaya səbəb olur. Bu, bezlərin hazırlanması zamanı istifadə olunan maddələrdən və uşağın dərisinin bu maddələrə reaksiyasından asılıdır.

Körpənin dərisində səpki, qızartı görsəniz, dərhal həkimə müraciət edin. Səbəb istifadə etdiyiniz bezdirsə, başqa şirkətin məhsulunu alın. (Bəzi uşaqların dərisi ümumiyyətlə heç bir bezi götürmür.)

Bəzi mütəxəssislər bezlərin oğlan uşağı üçün tam təhlükəsiz olduğuna əmindirlər. Bu fikri onunla əsaslandırırlar ki, 2 yaşına qədər uşaqların cinsiyyət orqanında elə bir inkişaf getmir və bu dövrdə bezlər cinsiyyət orqanına təsir edə bilməz.

Hər şeyə rəğmən uşaq bezlərdən nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Körpənin 6 aylığından onu tualetə aparmağa, daha çox bezsiz saxlamağa çalışın. Bezlərdən qurtara bilmirsinizsə, cəhdləriniz nəticə vermirsə, məyus olmayın, bu proses bir neçə ay çəkə bilər.

Qarşısınıza məqsəd qoysanız, istədiyinizə çata biləcəksiniz/ Qadın klubu

Ailə və Uşaq     Baxılıb: 6787   Tarix: 26 noyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

qadın geyimi qadin dunyasi gelinlikler elm haqqinda atalar sozu hakışta xınayaxdı sözləri hind paltarlari sifahi xalq edebiyyati kosmetika hakıştalar nizami gəncəvi efsaneler seksler laylalar