Bioloqdan XƏBƏRDARLIQ - Koronavirusa bu yolla da yoluxa bilərsiniz
Koronavirus infeksiyasından qorunmağın bir neçə məlum yolu var - fərdi qoruyucu vasitələr taxmaq, əlləri yumaq və antiseptiklərdən istifadə etmək. Bununla yanaşı, bir vacib məqam da var. İtlərlə gəzintidən sonra onları yuyundurmaq lazımdır, çünki virus hissəcikləri itlərin dərisinə çox asanlıqla hopur.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Milli Tədqiqat Texnoloji Universitetinin Fiziki Kimya kafedrasının dosenti, bioloq Georgi Frolov danışıb.
"Tük təbii materialdır, virus üzərində mükəmməl saxlanılır. Ancaq onu asanlıqla yumaq olar. Bununla birlikdə, tükün dezinfeksiyaedici vasitələrlə təmizlənməsi ev heyvanınızın sağlamlığına zərər verə biləcəyi üçün diqqətli olmalısınız. Ən yaxşı həll yolu sadəcə su ilə yumaqdır", - ekspert açıqlamasında qeyd edib.
Frolov virus hissəciklərinin insan dərisindən yaxşı təmizləndiyini izah edib. Gündəlik gigiyena, xüsusən də küçəyə çıxdıqdan sonra xəstəliklərin qarşısını almağa kömək edəcək.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir