Bir aylıq uşağın qidalanması

Bir aylıq uşağın qidalanmasıDoqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədukdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur. Körpə uşağın istədiyi isə isti ana qucağıdır. Yenidoğulmuş uşaq müdafiəsiz, köməksiz və tamamilə öz anasından asılı olur. Bəs nə etmək lazımdır? Bu sual bütün anaları düşündürür, amma öz övladının ana südü ilə doyuzdurmaq istəyən ana, bu sualı ağlına da gətirmir və körpəsinə ana südü verir. Anasının döş giləsini ağzına alan körpə isə həvəslə özünü doyuzdurmağa başlayır. Hətta qısa müddət keçdikdən sonra ana qucağına körpəsini aldığı zaman uşaq özü həvəslə döşü axtarıb tapır. Ana südü ilə qidalanma uşağın sağlam böyüməsinin sığortasıdır.
Uşağın sağlam qidalanması üçün ana ən azı bir il müddətində onu əmizdirməlidir. Süd adətən doğuşdan sonra gəlməyə başlayır, ilk gələn ana südünün tərkibi isə vacib olan immunoqlobilin və antitoksinlərlə zəngindir. Bu maddələr isə uşaq orqanizminin müdafiəsi və həzmin normallaşması üçün çox vacibdir. Bəzən isə ananın südü uşaq dünyaya gəldikdən 3-5 gün sonra artmağa başlayır. Bu zaman ananın döşləri şişir, bərk əllənir və bəzən ağrılı olur. Belə əlamətlər meydana çıxan zaman isə dərhal uşağı əmdirmək lazımdır, yoxsa laktostaz və mastit baş verə bilər. Bunların baş verməməsi üçün isə mama-ginekoloq gənc ananı məlumatlandrımalıdır, çünki anaların bəziləri öz uşağını sərbəst şəkildə qidalandıra bilmir.
Əgər sizin körpəniz tamamilə doyubsa və sizin süd barədə heç bir probleminiz yoxdursa, o zaman əmizdirmədiyiniz zaman fasiləsində döşlərinizə yenidən süd yığılacaq. Yadda saxlamaq lazımdır ki, uşaq döş giləsini tamamilə ağzına almalıdır.
Əgər sizin laktasiya ilə probleminiz varsa və düşünürsünüzsə südünüz az olur, uşağınızı doyuzdurmur, o zaman həkimdən məsləhət almağınız vacibdir.
Yadda saxlamaq lazımdır ki, həyatının ilk aylarında uşağı düzgün qidalandırmaq lazımdır ki, onun orqanizmi sağlam formalaşsın. Qoy sizin uşağınız nə qədər döş əmmək istəyirsə, o qədər də süd əmsin. Bu zaman həm uşağınız doyacaq, həm də döşünüzə gələn süd axınının miqdarı çoxalacaq.
Yeni doğulmuş uşağı gün ərzində on dəfədən az olmayaraq əmizdirmək lazımdır. Lazım gələrsə uşağı gecə saatlarında bir dəfə də əmizdirmək olar.
Uşağı əmizdirən zaman ana özünə uyğun olan duruş qaydasını seçməlidir. Bu həm ananın, həm də uşağın rahat olması üçün vacib sayılır. Uşaq əmizdirən zaman körpə öz anasının istiliyini də hiss etməlidir.
Körpəyə əmzik vermək düzgün sayılmır. Yenidoğulmuş uşağa su, çay, müxtəlif dəmləmələr vermək məsləhət görülmür. Əgər uşaq olan otaqda temperatur 40 C-dən yüksəkdirsə, o zaman uşağa verilən südün miqdarı çox və yetərincə olmalıdır.
Ana südünün çox və qida maddələri ilə zəngin olması üçün isə ana öz qidalanmasına diqqət yetirməlidir. Ana südünün tərkibi onun qəbul etdiyi qidalardan asılı olur. Analar öz övladlarının sağlam böyüməsi və keyfiyyətli südün olması üçün keyfiyyətli qidalar qəbul etməlidirlər. Uşaq əmizdirən ananın hansı qidalara qarşı allergiyası varsa, həmin qidalardan imtina etməlidir. Bu uşağın mədəsində problemlərin əmələ gəlməməsi üçündür. Analara keyfiyyətli və zərərsiz qidalar qəbul etmək məsləhət görülür.
Gənc analar yadda saxlamalıdırlar ki, uşağın həyatının ilk aylarında düzgün qidalanması onun normal böyüməsi üçün vacib şərtdir. Normal qidalanan uşağın həyatının birinci ayında çəkisi ən az 800 qram, boyunun uzunluğu isə 3 sm artır.
Əgər uşağı süni qidalanma ilə qidalandırmaq lazım gələrsə o zaman pediatrla məsləhətləşmək lazımdır. Qidalandırma zamanı süni qidanın tərkibini və hazırlanma qaydasını dəqiq araşdırmaq lazımdır. Hazırlanmiş qidanı saxlamaq düzgün hesab olunmur. Başqasının hazırladığı qidanaı uşağa qətiyyən vermək olmaz. Uşağa verilən qidanın istiliyi hazırlanma qaydasında yazıldığı kimi olmalı və steril qabda uşağa yedizdirilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1621   Tarix: 17 noyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

geymler 2026 geyim necə seçməli kosmetoloq heyvanlar goz altı qırışlar bulkalar uşaq və təhsil kosmetika sanamalar haxisda kahfe fali tapmaca xərçəng bürcü