Bir daşla iki quş: evi təmizləyərkən necə arıqlamaq olar
Ev işləri ilə kilo vermək mümkündür. Çünki araşdırmalar göstərir ki, ev işləri ilə məşğul olmayan qadınlar daha çox kökəlir. Ev işləri zamanı edilən hərəkətlər maddələr mübadiləsini sürətləndirir və sağlam qalmağı asanlaşdırır.
Bəs, hansı ev işləri ilə arıqlaya bilərsiniz?
Milli.Az lent.az-a istinadən bildirir ki, ev işləri görərək arıqlamaq dedikdə ilk ağla döşəməni silmək gəlir. Evinizi tozsoranla yaxşıca təmizləmək və bütün otaqları silməklə, orta hesabla 4 saatlıq işdən sonra evinizdə yığılan zibildən qurtula və təxminən 1800 kalori yandıra bilərsiniz.
Arıqlamağınıza kömək edəcək başqa bir ev işi ütüləməkdir. Təxminən yarım saat ütüləmə ilə gündə 75 kaloridən çox yandırmağa imkan verir. Ütüləmə vaxtı uzanarsa, yandırdığınız kalori miqdarı da artar.
Evdə əşyalarınızın yerini dəyişmək də arıqlamağınıza kömək edir. Obyektlərin daşınması və ya sürüklənməsi 1 saat ərzində 500 kaloridən çox enerji sərf etməyə imkan verərək arıqlamağa imkan verir.
Hətta qatlanan çamaşırlar da müəyyən miqdarda kalori yandıraraq arıqlamağa kömək edir. Bundan əlavə, evinizdəki masaların, rəflərin və ya bəzək əşyalarının tozunu çəkmək sizə yarım saat ərzində 80 kalori yandırmağa imkan verir.
Qadınların gördüyü ev işlərindən biri də hamam və tualeti yumaq və ya ovuşdurmaqdır. Bu iş həm də əhəmiyyətli kalorilər yandırmağa imkan verir. Pəncərələri təmizləmək də qadınların arıqlamasına kömək edən ev işidir.
Evinizin rəngləmə işinə ehtiyacı varsa, bunu başqasına həvalə etmək əvəzinə, özünüz etməklə 3 saat ərzində 1000-dən çox kalori yandıracaqsınız.
Evinizin çirkli xalçalarını yumaq inanılmaz miqdarda kalori yandırmağa imkan verəcək.
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Hər evdə var, amma bu təsirini çoxları bilmir
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Cövdət qızı ilə - Fotolar
"İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun" - Könül Kərimova