Bir qadının acı taleyi : "Axı sənin ailən məni qəbul etməyəcək" Yaşanmış sevgi hekayəsi

Bir qadının acı taleyi : "Axı sənin ailən məni qəbul etməyəcək" Yaşanmış sevgi hekayəsiDayanacaqda marşrut gözləyən Arzu yenə də gecikirdi. Dolu gələn marşrutları ötürdükcə əsəbiləşirdi. Yəqin idi ki, yenə marşrut taksisi ilə gedəcəkdi. Elə də oldu.
Taksinin arxa oturacağında yeniyetmə bir oğlan oturmuşdu. Yerini rahatlayan Arzu mobil telefonunu çıxardı. Rəfiqəsi Gülərə bir kəlmə ilə "Gecikirəm"- deyib, telefonu bağlayıb çantasına qoydu.
Sürücü arxadakı bir boş yerə işarə ilə "Gözləyək, yoxsa gedək" – soruşdu.
Oğlan:
- Sür gedək eee, onsuz da yubanırıq – dedi və Arzuya baxıb gülümsədi.
Arzuya elə gəldi ki, oğlanın tələffüzündə nəsə şirinlik var. Hansısa hərfi düzgün demir...
Pəncərədən bayıra baxan Arzu yol boyu mənzərələrə fikir vermədən düşünürdü.
"... 30 yaşı da belə arxada qoydum. Vaxt necə sürətlə geçir, sanki hər şey dünən idi, qəbul imtahanlarının həyəcanı, universtet illəri, magistratura və nəhayət neçə illik işi... Və birdən də indiyə qədərki, həyatının necə maraqsız olduğunun fərqində oldu.
"...Aman allah, mənim nəyim var, neyçün yaşayıram, kim üçün yaşayıram?"- fikirləşərək köksünü ötürdü.
Uzun-uzadı siqnal verib onları geridə qoyan maşına baxıb fikirləşdi: "Bəlkə mən də özümə maşın alım?"...
Öz fikrinə gülümsədi bir anlıq... Ona elə gəldi ki, yanında əyləşən oğlan tez-tez ona baxır.
"... Nə olub, balaca, nə diqqətlə baxırsan?"- deyə fikirləşdi və anında üzündəki ifadə dəyişildi.

Bir müddətdən sonra Arzu hiss elədi ki, onlar nədənsə tez-tez rastlaşırlar. Ya səhər işə gedəndə, ya da axşam işdən qayıdanda... Amma xəyalına belə gəlmirdi ki, xəyalında "balaca" adlandırdığı oğlan artıq aylardır onu izləyir.
"Balaca" dediyi bu oğlan orta boylu, yaraşıqlı bir oğlan idi. Amma üzündə həmişə saf bir təbəssüm dolaşırdı. Bu təbəssüm onu yaşından uşaq göstərirdi. Gözlərində hər şeyi öyrənməyə çalışan, cəhd edən maraqlı bir ifadə var idi.
Bir gün işdən çıxıb rəfiqəsi Gülər ilə marketdən bazarlıq edib çıxanda Gülər gülə-gülə Arzuya dedi:
- Arxamızca bir körpə gəlir.
Arzu ixtiyarsız dönüb geri baxdı. Xəyalındakı "balaca" idi.
- Axşamınız xeyir – deyə oğlan gülümsədi.
- Salam – deyib Gülərə sarı döndü. – Bizim qəsəbədə yaşayır- dedi.
- Uşşş, nə şirin baladı bu- deyib, oğlana sarı çöndü. – Axşamın xeyir, beş də artıq, balaca, nəsə sözün var? – soruşdu.
- Yooooxxx – deyə oğlan pörtmüş halda – eləcə salamlaşmaq istədim – dedi.
Qızlar gülüşdülər.
- Yaxşı elədin, balaca, adın nədir? – deyə Gülər demək olar ki, onlarla yanaşı addımlayan oğlanı sınayıcı baxışla süzdü.
- Mənə balaca demə, bibican, adım Arazdır. Özüm də tələbəyəm.
Onun şirin danışığına ürəkdən gülən Gülər dedi:
- Həm də, 17 yaşın var, 1 ci kursda oxuyursan....
- Siz məni tanıyırsız ki? – Araz da güldü.
"...İşə düşdük ki" – deyə Arzu dönüb Araza acıqlanmaq istədi. Amma Arazın sonsuz bir istəklə parlayan gözlərindəki ifadə onu çaşdırdı.
Dayanacaqda Gülər sağollaşıb onlardan ayrıldı. İkilikdə sakitcə dayandılar. Araz Arzunun əlindəki paketi aldı.
- Avtobusu gözləyirsən, ya taksi ilə gedək?- dedi.
Onun belə ərkyana müraciəti Arzunun xoşuna gəldi. Təbəssümlə: - Necə istəyirsən – dedi.

Maşının arxa oturacağında demək olar ki, Araz ona sığınıb oturmuşdu. Onun bu yaxınlığı, təması Arzuda qəribə hisslər yaradırdı. Və bu hisslər onun xoşuna gəlirdi. Heç vaxt belə hisslər keçirməmişdi...
Taksidən düşəndə hava qaralırdı. Arazın onunla gəlmək istədiyini görən Arzu əlini uzadıb paketi aldı və sağollaşdı. Araz acizliklə onun gözlərinə baxdı.
- Adını deməyəcəksən?
- Arzuyam- deyib gülümsədi Arzu. – Hələlik, mən getdim.
- Arazın Arzusu...
- Nə dedin?
- Arazın Arzusu- deyə Araz yerində fırlanıb jest edərək uzaqlaşdı.

Sonrakı günlərdə də belə lazımmış kimi hər səhər görüşüb bilikdə şəhərə gedir, axşamlar da birlikdə qayıdırdılar. Arazın bitib – tükənməyən söz- söhbətini, bəzən mənasız görünsə belə Arzu səbrlə dinləyir və hiss edirdi ki, onu bir gün görməyəndə, eşitməyəndə darıxır. Bəzən duyduqları, hiss etdikləri onu qorxudurdu. Arazla ciddi münasibəti ağlından belə keçirmək istəmirdi. Həm aralarındakı yaş fərqi, həm də Arazın uşaqxasiyyət, ərköyün davranışı onu çəkindirirdi. Əslində heç ondan heç nə istəmirdi də...
Sadəcə Araz öz gəlişi ilə onun həyatına bir rəng, maraq qatmışdı. Çox səbrli idi Arzu. Arazın nə vaxtsa soyuyacağına ümid bəsləyirdi. Amma Araz haqqında bunu demək olmazdı. Günü-gündən Arzuya bağlanırdı. Bir yerdə olduqlarında ancaq körpə uşaq kimi ona sığınmaq, onu hiss etmək, toxunmaq arzusuyla yaşayırdı. Amma Arzunun ciddi rəftarı onun əl-qolunu bağlayırdı. Bəzən Araza elə gəlirdi ki, Arzu onun anası xasiyyətdədir. Arzuya isə elə gəlirdi ki, Araz onun uşağıdır.

Aylardır davam edən bu münasibətlərdə açıb ağartmasalar da ikisi də israrlı idilər. Birlikdə gəzməyə gedir, bir yerdə nahar edir, özəl günlərini birlikdə qeyd etməyə çalışırdılar.
Bir gün nahar vaxtı Araz Arzuya zəng edib, onu şirkətin girişində gözlədiyini deyəndə Arzu təəccübləndi. ".... Xeyir olsun, görəsən nə olub?" – fikirləşərək, həyəcanla aşağı düşdü.
Aşağıda rəngi boğulmuş halda dayanan Arazı görəndə ürəyi düşdü.
- Nə olub sənə?
- Çıxa bilərik?
- Axı nə olub, desənə...
- Sözüm var sənə, çıxaq.
Onlar yaxınlıqdakı parka gəldilər. Arzunun gözü Arazın üzündə qalmışdı.
- Ürəyim çəkildi axı, nə olubdu?
- Sənin ürəyin indi çəkilir, amma bilmirsən ki, mənim ürəyim səni gördüyüm gündən çəkilibdi. Mən səndə yaşayıram, Arzu.
- Və?.... – deyə Arzu onun nə deyəcəyini gözlədi.
- Gəl evlənək, Arzu. Evdə də demişəm.
Arzu ürəkdən qəhqəhə ilə güldü.
- Ehhh , heç səndən belə evlənmək təklifi gözləməzdim. İndi deyirsən ki, bu yaşıma qədər oturub belə bir sıxıcı evlənmək təklifinə razılıq verim? Heç vaxt...
- Mən ciddiyəm, Arzu. Mamagil də razıdılar.
- Nəyə razıdırlar, Araz, sənin özündən 12 yaş böyük qızla evlənmək istəyinə?...
- Nə dəxli var eee – deyə Araz mızıldandı.
- Dəxli var, Araz. Gördün ki, uşaqsan. Qulağını aç və eşit, bizim bir yerdə olmağımız heç vaxt mümkün deyil. Buna nə sənin ailən, nə də mənim ailəm razı olmaz. Heç mənim də münasibətlərimizi ciddiləşdirmək fikrim yoxdu. Bəyəm bizə belə pisdi? Birdə ki, birdən birə niyə bu fikrə düşdün?
- Mən səni istəyirəm, Arzu. Sənin həyatında olmaq istəyirəm. Həyatımda olmanı istəyirəm.
- Və çıxış yolunu da evlənməkdə görürsən. Sən nə istədiyini özün də bilmirsən. Bilə -bilə ki, mən razı olsam belə, sənin valideynlərin məni tanıyanda hökmən etiraz edəcəklər... Sən sadəcə böyüdüyünü, kişiləşdiyini sübut eləmək istəyirsən...
- Dedim ki, mən səni istəyirəm... - Araz Arzunun əlini əlinə aldı. – Mən çox ciddiyəm.
Arzu onun gözlərinə baxdı. Amma bu gözlərdə vəhşi istək və yalvarış görüncə deyəcək bir sözü olmadı.(ardı var)
(qadın.az )

Mətbəx     Baxılıb: 7668   Tarix: 27 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

turlar.az

maskalar kosmetoloq qaşların formalari ilk cinsi əlaqə hamileliyin elametleri buruq saclara qulluq sağlamlığa aid atalar sözləri kosmetika bayraq sanamalar olumu aslan veten haqqinda bayati