Bitki tərkibli dərmanlar nevrozu müalicə edirmi? - Psixiatr

Bitki tərkibli dərmanlar nevrozu müalicə edirmi? - Psixiatr"Müasir dövrdə psixiatr və psixoloqlara müraciətlərin təxminən 60 % i nevrozlu xəstələrin payına düşməsini nəzərə alsaq deməli bu xəstəliklərin müalicə məsələləri də bizim üçün olduqca aktual olmalıdır.Amerika kimi dünyanın inkişaf etmiş bir dövlətində belə xəstələrin sayı təxminən 20 milyona yaxındır".
Bəs aptekdə reseptsiz satılan, bitki tərkibli dərmanlarla nevrozu müalicə etmək mümkündürmü?
Milli.Az psixiatr Orxan Fərəclinin nevrozun əlamətləri və müalicəsi barədə tövsiyələrini təqdim edir:
"Nevrozun" əlamətləri nədir?
Köhnə adı ilə "nevroz" adlanan xəstəlik qrupu müasir təsnifatda nevrotik pozuntular adı ilə təsnif olunur. Özündə bir çox əlamətləri birləşdirən bu xəstəliklər qrupunun diaqnostika və müalicəsi məhz hansı əlamətinin pasientdə daha qabarıq ifadə olunmasından asılıdır.
Əgər sizdə ürəkdöyünməsi, nəfəs darlığı, sinədə sıxılma, əhvalsızlıq, ağlama, kövrəlmə hissi varsa deməli xəstəliyin müəyyən əlamətləri var. Sual oluna bilər ki, bizdə əgər bu əlamətlər varsa biz mütləq həkimə gedib dərmanmı qəbul etməliyik? Əlbəttə ki yox. Əgər bu hallar sizdə 2 həftədən çox davam edərsə, əlamətlər artıq gündəlik həyatınıza, iş fəaliyyətinizə təsir etməyə başlayarsa müalicə almaq lazımdı".
"Nevrozun" müalicəsi necə həyata keçirilir?
Müalicə və müayinə ixtisaslı mütəxəssis tərəfindən təyin olunmalıdı: "Müalicə mütləq ixtisaslı mütəxəssis tərəfindən ətraflı müayinə aparılaraq təyin olunmalıdır. Müalicə edərkən mütləq qəbul olunmuş beynəlxalq müalicə protokolları əsas götürülməli və seçilən dərmanlar da məhz həmin protokolda tövsiyyə olunan peraparatlar olmalıdı. Nevrozların yaranmasının kökündə beyində "xöşbəxtlik hormonu" adlandırdığımız serotonin maddəsinin azalması dayanır.
Bu maddənin azalması təkcə həyəcan, qorxu yaratmaqla yekunlaşmır. Eyni zamanda əhali arasında çox geniş yayılan depressiya xəstəliyinin də əsas yaranma səbəbidir. Məhz göstərilən səbəbə görə bu xəstəliklərin müalicəsində seroteninə təsir edən, onun beyindəki miqdarının artmasına şərait yaradan dərmanlardan istifadə olunmalıdır.
Bu sahədə müvəffəqiyyətlə istifadə olunan yeganə dərman qrupu müasir antidepressantlardır. Bəzən biz həkim olaraq xəstələrin dostlarının və ya tanıdıqları əczaçı tanışlarının məsləhəti ilə nevrozun müalicəsi məqsədilə bitki tərkibli dərmanlara müaricət etdiyini müşahidə edirik.
Qeyd etdiyim kimi bu dərmanlar serotonin sisteminə təsir etmədiyi üçün effektiv bir müalicə üsulu deyil və heç bir beynəlxalq müalicə protokolunda tövsiyyə olunmur. İnsanların bu tip dərmanlara üstünlük verməsinə səbəb isə bitki tərkibli dərmanların yüngül olması, asılılıq yaratmamasıdı.
Son olaraq bir şeyi nəzərinizə çatdırım ki, düzgün seçilərək təyin olunmuş antidepressant peraparat yayılan şayiələrin əksi olaraq heç bir halda asılıq və öyrəşmə yaratmır və qısa müddətdə sizin əvvəlki sağlamlığınıza qayıtmaqda yardımçı olur". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1385   Tarix: 03 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

aksessuarlar gelinlikler qaşların formalari virtual dərslər 2026 hicab turşu resepti cinsi xəstəliklər kosmetika masturbasiya sanamalar hakıştalar ariqla qiz evi