Bitki və kərə yağını qarışdırmayın! - Bu xəstəlikləri yaradır
Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.
Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.
Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.
Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.
Doktor Anşina yemək hazırlanması zamanı yağları qarışdırmamağı tövsiyə edir. Misal üçün, kartof və ya kotlet qızardanda bir çox qadınlar bunu bitki və kərə yağlarının qarışığında edir. Bu yolverilməzdir.
Həmçinin kardioloq qeyd edir ki, ayrı ayrılıqda kərə və bitki yağında hazırlanmış qidaları eyni qida qəbulu zamanı yemək olmaz. Məsələn, kərə yağında hazırlanmış sous və bitki yağı əlavə olunmuş salat eyni qida qəbulunda yeyilməməlidir.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Şampun saç tökülməsinə səbəb ola bilər?
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu
Qəhvə buna da xeyir imiş
Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər
Zaur Kamalın kiçik oğlu - FOTO
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
Bu məşhurlar sərbəst buraxıldı