"Bizə məcburən deyilirdi ki, dalaşın" - Günayın ağlatdığı iştirakçı

"Bizə məcburən deyilirdi ki, dalaşın" - Günayın ağlatdığı iştirakçıATV-də yayımlanan "Bu stil mənim" verilişi yenidən tənqidlərə məruz qalıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı tənqid edib və onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb. Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya bilməyib.

Qadinsayti.az-ın məlumatına görə, musavat.com proqramda yaşanan hadisə ilə bağlı Günel Məmmədova ilə əlaqə saxlayıb. İştirakçı layihədə ona qarşı haqsızlıq olduğunu bildirib:

"Mən heç kimə deməmişəm ki, münsiflər məni dəstəkləyir və sizdən üstünəm. Proqramda mənə qarşı haqsızlıq oldu. Mən demədiyim sözlərə görə tənqid olundum. Haqsız sözlər qarşısında dözə bilməyib, ağladım. Bu cür halla qarşılaşacağımı bilmirdim. Düzünü deyim ki, haqsız yerə günahlandırılacağımı gözləmirdim. Sosial şəbəkədə hamı bu hadisədən danışır, istər-istəməz pis oluram. Mənə dəstək olanlara təşəkkür edirəm".

- Demədiyiniz sözə görə tənqid olunmağınızın səbəbi nədir?

- Hələ də yaşananların səbəbini bilmirəm. Layihə rəhbərləri düşündülər ki, bu addımları uğurlu olacaq. Amma alınmadı. Bu mübahisə reytinq gətirmədi.

- Verilişdən sonra baş verən hadisəyə aydınlıq gətirməyə çalışmadınız?

- Əlbəttə, layihə rəhbərlərinə yaxınlaşdım. Mənə dedilər ki, bu cür olmasını istəmirdilər. Bütün bunları reytinq qazanmaq məqsədi ilə ediblər. Millətin diqqətini çəkmək istəyiblər. Bir gündə üç veriliş çəkdik. Bu həftə çəkilən verilişə məni güclə saldılar. Tam hazırlaşmamışdım. Amma artıq o layihədə qalmaq istəmirəm, o insanların qarşısına çıxmayacağam.

- Müsabiqədən öz istəyinizlə uzaqlaşmısınız?

- Əlbəttə. Müsabiqəyə çıxmaq istəmirəm. Yarışmadan uzaqlaşdım. Gələn həftə yayımlanacaq veriliş çəkilib. Tamaşaçılar məni gələn həftə verilişdə görə biləcək. Ondan sonra proqramda olmayacağam.

- Layihədə iştirakınıza görə, sizinlə müqavilə bağlanmayıb? Müqavilə şərtlərinə görə, iştirakçı istəyinə görə proqramdan uzaqlaşa bilməz.

- Layihə rəhbərləri ilə müqavilə bağlamışıq. Amma o müqavilə əsassızdır. Yalan müqaviləni əlimizə veriblər. Müqavilə müsabiqədən uzaqlaşmağıma problem yaratmaz.

- Valideynləriniz verilişdə başınıza gələnlərə necə münasibət bildirdi?

- Valideynlərim məni verilişdə izləyirdilər, dəstək olurdular. Valideynlərimi də əsassız tənqidlər əsəbləşdirib. Onlar bununla bağlı tədbir görəcəklərini dedilər. Valideynlərim mənim bir göz yaşım üçün dünyanı dağıdarlar. Mən də bir ata-ananın övladıyam. Məni niyə ağlatmalıdırlar? Mənim arxamda böyük ailəm dayanır.

- Qızların verilişdə yersiz dava etmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Hətta, məhəllə xarakterli söhbətlər etdiyiniz bildirilir. Bu ittihamlarla razısınızmı?

- Bu ittihamlarla razı deyiləm. Bizə verilişdə məcburən deyilirdi ki, dalaşın, mübahisə edin. Onların dediklərini etməyəndə bizi yarışmadan çıxardacaqlarını deyirdilər. Biz də müsabiqə üçün çoxlu pul xərcləmişik. Pulumuzun batmasını istəmirdik. Verilişdə dalaşsaq da, kənarda mehribanıq. Efir xətrinə mübahisə edirdik.

- Yarışmaya çoxlu pul xərclədiyinizi dediniz. İştirakçı olmaq üçün pul ödəmisiniz?

- İştirakçı olmaq üçün pul ödəməmişik. Yol pulumuzu, Türkiyədə qalmaq pulumuzu özümüz ödəyirik. Geyimlərimizə, hazırlığımıza da çox pul xərcləyirik. Hər şeyi özümüz edirik. Bu günə kimi 15 min manat pul xərcləmişəm. Tez-tez çəkiliş gününün vaxtını dəyişirdilər. Biletlərimiz batırdı. Onun cəriməsini də ödəyirdik.

- Münsif Günay Musayeva illərdir ki, Türkiyədə fəaliyyət göstərdiyi üçün proqramda Türkiyə türkcəsi ilə danışır. İştirakçılar da onunla Türkiyə türkcəsində söhbət edirlər. O iştirakçılardan biri də sizsiniz...

- Bəli, Türkiyə türkcəsində danışırıq. Münsiflər rus dilində və Türkiyə türkcəsində kəlmələr işlədirlər. Biz də çaşırıq. Qarşımızdakı insan başqa dildə danışanda avtomatik biz də o dildə cavab veririk. Buna görə bizi qınamalarını istəmirik. Ötən verilişdə Günay xanım məni haqsız yerə ittiham edirdi. Mən də özümü itirdim və çaşıb Türkiyə türkcəsində cavab verdim.

Xəbərlər     Baxılıb: 3107   Tarix: 24 yanvar 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bunları çayla qəti yemək olmaz

Əslində çay yavan içiləcək içkidir. Uzağı, yanında qənd olsa, yetər. Amma müasir səhər süfrələrində çayla yanaşı, süfrəyə çoxlu şirniyyat və digər qidalar qoyulur ki, bunlar da orqanizmə zərərli təsir edir. xəbər verir ki

.

Dünyada ilk dəfə süni yolla uşaq yaratdılar

Birləşmiş Krallıqda genetik xəstəliklərin qarşısını almaq məqsədilə istifadə edilən müasir IVF (süni mayalanma) texnikası ilk real nəticələrini verməyə başlayıb. "Üç nəfərin DNT-sini" birləşdirən bu metod sayəsind

.

Çimərliyə gedənlərə xəbərdarlıq - Yeni virus yayılıb

İsti dənizlərdə inkişaf edən vibrio bakteriyaları açıq yaralardan daxil olaraq ölümcül infeksiyalara səbəb ola bilir. Türkiyə sahillərində də aşkar edilən bu bakteriyadan sonra mütəxəssislər açıq yaralarla üzmək və çiy dəni

.

Böyrək xəstəliyinin gözlənilməz əlaməti aşkarlandı

Koreyalı alimlər xroniki böyrək xəstəliyi ilə dişlərin tökülməsi arasında əlaqə olduğunu müəyyən ediblər. xəbər verir ki, Chonnam Universitetinin tədqiqatçıları Koreya Milli Sağlamlıq və Qidalanma Sorğusunun 40 yaşdan yuxar

.

Yay kafeləri sağlamlıq üçün təhlükəlidir - bu qidalardan xüsusilə uzaq durmalısınız

Açıq hava kafelərinin fəallaşdığı yay mövsümündə zəhərlənmə hallarının artdığı bildirilir. xəbər verir ki, Roskaçestvo Qida Təhlükəsizliyi Kompetensiya Mərkəzinin rəhbəri Yelena Spetsenko bu barədə -ya danışıb. Onun sözlərin

.

Yuxusuzluqdan əziyyət çəkənlər nə etməlidir? - Dietoloqlardan məsləhət

Ağlınız sakitləşmədikdə və bədəniniz rahatlaşmadıqda yatmaq çətindir. Amma bir sakitləşdirici içki içsəniz, yuxunuz sakit və yaxşı ola bilər. Ekspertlərin sözlərinə görə, bu içki albalı şirəsidir. xəbər verir ki, bu barəd

.

Qəhvəni bu saatda için

Qəhvə bəzi hallarda orqanizm üçün xeyirli içki hesab edilsə də ziyanını da unutmayaq. xəbər verir ki, ən önəmlisi səhər içilən qəhvədir. Mütəxəssislər yuxudan oyandıqdan sonra ən azı bir saat qəhvə içmək üçün gözləməyin vacibliyin

.

Yağlı qaraciyər xəstəliyinin qarşısını almaq mümkündür – 5 əsas qayda

Müasir həyat tərzi və düzgün olmayan qidalanma vərdişləri səbəbindən yağlı qaraciyər (steatoz) xəstəliyi bütün dünyada yayılmağa davam edir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət vaxtında müdaxilə ilə təkcə qarşısı alın

.

Emosional yorğunluqdan necə xilas olaq?

"Bəzən emosional olaraq çox yoruluruq. Bu yorğunluğun isə gündəlik həyatımıza çox təsiri var". . xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva -a açıqlamasında deyib. . O, həmin səbəblərdən bəhs edib:. "İl

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az reseptler toy makiyaji sekilleri qis geyimləri 2025 yuxu pozğunluğu seks pozalari qadın aksesuarları badimcandan qisa hazirliq saglam qidalanma xerçeng burclerin uyumu qz eviyçun hakışta oglan evi