Boğaz ağrısı zamanı xalq təbabəti üsulları

Boğaz ağrısı zamanı xalq təbabəti üsullarıHəm uşaqlar, həm böyüklər boğaz iltihablardan əziyyət çəkir.
Bir çox hallarda bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda çox effektli prosedurdur.
- Tonzillit (angina) zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır.
- Qarqara boğazda bakteriyaların yaşaması və çoxalması üçün uyğun olmayan mühit yaradır.
- Selikli qişanı yumşaldır, iltihabı azaldır.
- Ağrıları azaldır və selikli qişanın zədələnmiş sahələrini sağaldır.
Sağalma prosesini tezləşdirmək istəyirsinizsə, qarqaradan imtina etməyin. Xəstəliyin əvvəlində qarqaranı tez-tez edin - hər 1-2 saatdan bir.
Bir çox insanlara qarqaranı düzgün edə bilmir.
- Lazım olan effekt almaq üçün ağıza maye (bu duzlu su, otların dəmləmələri və s. ola bilər) alıb, başınızı arxaya əyin və dilinizi çıxardın.
- Qarqara zamanı "ı" səsini uzadın (bu badamcıqların daha yaxşı təmizlənməsinə kömək edəcək).
- Qarqara 30-40 saniyə ərzində davam edilməlidir.
- Maye ilıq olmalıdır. İsti maye boğazı yandıracaq və ağrıların daha da artmasına səbəb olacaq.
- Qarqaradan sonra 1 saat ərzində qida və maye qəbul etmək olmaz.
Qarqara üçün bu kimi məhlullar istifadə oluna bilər:
- Duz məhlulu. Bu çox təsirli vasitədir. 1 stəkan ilıq suda 1 çay qaşığı duz (dəniz duzu daha yaxşıdır) əridin və qarqara edin. Bəzən bu məhlula yod əlavə edirlər.
Lakin qalxanvari vəzidə pozulmaları olan və allergiyaya meyilli insanlar yoddan istifadə etməməlidir. Həmçinin kiçik yaşlı uşaqlarda və hamilə qadınlarda yodla qarqaralar istifadə olunmur.
- Soda məhlulu. 1 stəkan ilıq suya 1 çay qaşığı soda əlavə edin və qarqara edin.
- Çobanyastığı da çox güclü antiseptik və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
- Adaçayı otu ilə qarqaralar da çox effektlidir. (1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir.)
- Kalendula və evkalipt otlarından 1 çay qaşığı götürülür, 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
- Alma sirkəsi ilə qarqara da çox sadə və eyni zamanda effektli vasitədir. 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi əlavə olunur.
- Sarımsaq təbii antiseptik və antibakterial vasitədir. 2-3 diş sarımsaq 1 stəkan ilıq suya sıxılır və qarqara edilir.
Nəzərinizə çatdıraq ki, yalnız qarqaranın köməyi ilə iltihabdan azad olmaq mümkün deyil. Bu vasitə əsas müalicə ilə yanaşı köməkçi vasitə kimi istifadə oluna bilər.
Tonzillitin (angina) müalicəsində mütləq antibakterial preparatlardan (antibiotiklər) istifadə olunmalıdır. Əks halda bu ciddi ağırlaşmalara səbəb olacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1265   Tarix: 20 mart 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sade makiyaj sekilleri toy gecesi geyim şəkilləri kesmikli koke maraqlıdır illik bürclər sirin gilas kosmetika şirin qoğal oğlaq burcler haqqinda həsən bəy zərdabi englishdilində qulaq