"Borcumun olması..." - Dünən Bakı metrosunda intihar etdiyi deyilən kişi

"Borcumun olması..." - Dünən Bakı metrosunda intihar etdiyi deyilən kişi"Koroğlu" metrostasiyasında özünü qatarın altına atan 65 yaşlı Nəsir Əhmədov intihar cəhdinə aydınlıq gətirib.

Qadinsayti.az xəbər verir ki, Nəsir Əhmədov aznews.az-a açıqlamasında qəflətən başı fırlanıb yıxıldığını qeyd edib:

"Yaxşıyam. Ayağımı gipsə salıblar. Ağrım-acım yoxdur. Səhər həkimə gedəcəm, gipsi açacaqlar. Mən özümü atmamışam. Yalan yazıblar. Təzyiqim artıb, başım fırlanıb, yıxılmışam. Özünü qatarın altına atan şəxs sağ-salamat gəzər? İzahat da vermişəm ki, ayağım səkiyə dəyib, yıxılmışam. Nə kredit? Nə borc?"

Nəsir Əhmədov ailəsini aldadıb məlumat alan şəxslərdən şikayət edəcəyini vurğulayıb:

"Mən şikayət edəcəyəm. Evdə uşaq olub. Aldadıblar ki, "sizə yardım edəcəyik". Şirkət adı ilə uşaqdan yalandan məlumat alıblar. Borcumun olması mənim şəxsi işimdir. Mən bilərəm."

Nəsir Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova qızının mebeli üçün borclu olduqları kreditin ödənildiyini deyib:

"Nəsir yaxşıdır, çay içir, vəziyyəti də əladır. Sabah həkimə aparacayıq, baxacaqlar. Sağ olsun, həkimlər ona yaxşı baxıblar. Dərman aldıq, amma atmadı. Çünki ağrısı yoxdur. Krediti də ödədik, heç nə qalmayıb. Özümüz də əlayıq."

Noyabrın 30-da səhər 09:20 radələrində metroda intihara cəhd qeydə alınıb. 1951-ci təvəllüdlü, Nardaran sakini olan Əhmədov Nəsir Əlihüseyn oğlu özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Faktla bağlı araşdırmaya başlanılıb.

Maraqlı     Baxılıb: 2205   Tarix: 01 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

turlar.az

adlarin menasi qis geyimləri 2026 kosmetik vasiteler yeməklər balqabaq yagi islamda hicab yumurta ile uz maskalari kosmetika haxisda nizami gəncəvi haqisda xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır bakire